AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
Tarix: 15.11.2018 | Saat: 15:15:00 | E-mail | Çapa göndər


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Azərbaycan Avtomobil Yollarının 100 illik yubileyi ilə əlaqədar olaraq qanvermə aksiyası keçirilib.
Bu barədə agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qanvermə aksiyası Prezident İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində dövlət agentliyinin, Azərbaycan Talassemiya Federasiyasının və Qan Donorları Assosiasiyasının birgə təşəbbüsü ilə təşkil edilib.
Aksiyada məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülüb. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Aksiyaya qoşulanlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu vurğulayıblar. Onlar belə aksiyalarda yaxından iştirak etməyin hər bir insanın vətəndaşlıq borcu olduğunu bildiriblər.
Qeyd olunub ki, hazırda Azərbaycanda iki mindən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalmış pasiyentlər mövcuddur və onların həyatı kütləvi qanvermə aksiyalarından asılıdır.
Aksiyada iştirak edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi, agentliyin aparatının və Bakı şəhərində yerləşən tabeli təşkilatlarının əməkdaşları qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli tədbirə qoşulublar.

Tural




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Suraxanı rayonunda payız-qış mövsümünə hazırlıqla bağlı iclas keçirilib
11.12.2018
23 ədəd mobil telefonu xüsusi “ssenari” ilə keçirməyə cəhd etdilər
11.12.2018
Cocuq Mərcanlıda istirahət parkı inşa edilir
11.12.2018
Neftçalada indiyədək 36 min 50 hektar sahədə payızlıq taxıl əkilib
10.12.2018
Qaradağ rayonunda qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info