Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti tədbirini keçirib
Tarix: 15.11.2018 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) növbəti – Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalının bazasında keçirilən diskussiyalar silsiləsini davam etdirilib.
Müzakirələrdə Aİİ-nin müəllimləri – fəlsəfə elmləri doktoru Ələddin Məlikov və sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əməkdaşı Gündüz Nəsibov, Mətbuat Şurası İdarə Heyətinin üzvü, jurnalist Yadigar Məmmədli, politoloq, strategiya.az saytının redaktor müavini İsmayıl Qasımov, jurnalist Seymur Verdizadə və Baku.ws saytının Baş redaktoru Azad Əliyev iştirak ediblər. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayev tədbirə moderatorluq edib.
Müzakirələrdə dinin müasir cəmiyyətdə rolu və əhəmiyyəti mövzusunda geniş fikir mübadiləsi aparılıb.
Diskussiyada dini dəyərlərimizin mahiyyətindən bəhs edilərək, bu zəngin mənəvi xəzinənin qorunmasının vacibliyi vurğulanıb. Bildirilib ki, radikal cərəyanların cəmiyyətə sirayət etməməsi üçün gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliği düzgün qurulmalıdır.
Bildirilib ki, müasir cəmiyyətdə dini dəyərlərin lazımi səviyyədə təbliğində, radikalizmə qarşı mübarizədə maarifçilik əsas arqumentdir. Alimlər bu istiqamətdə görülən işlərin ardıcıl surətdə həyata keçirilməsinin gərəkliliyini, milli-mənəvi dəyərlərə varislik və ənənə amilindən yanaşmağın vacib olduğunu qeyd edirlər. Bu vacib, mühüm məsələlərin gənclərə aşılanmasında milli mentalitet ilə yanaşı, müasirlik prizmasının da tətbiq edilməsinin zəruriliyi vurğulanıb.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi və dini dəyərlərin qorunması istiqamətində dövlət siyasətinin həyata keçirildiyini qeyd edən məruzəçilər Azərbaycan İlahiyyat İnstitutunun təsis edilməsinin bu siyasətin bariz nümunəsi olduğunu bildiriblər.
Qeyri-ənənəvi dini cərəyanların sosial şəbəkələrdən öz cılız, məkrli məqsədlərini yaymaq üçün istifadə etdikləri təəssüflə vurğulanıb. Qeyd edilib ki, dini radikal qruplara qarşı ideoloji sahədə mübarizənin gücləndirilməsində, xurafata qarşı təbliğatda media ilə yanaşı, ilahiyyatçıların da xüsusi rolu olmalıdır.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
14.12.2018
UNEC ilə BFB təhsil, elm və təlim-tədris sahəsində birgə əməkdaşlığa başlayır
14.12.2018
“Azərbaycan dünyanın ən gözəl, zəngin ölkələrindən biridir”
14.12.2018
Naxçıvan Dövlət Universitetinin tələbələri Araz Elm və İstehsalat Birliyində olublar
14.12.2018
Alimin vəfatından 19 il keçir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info