Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
Tarix: 15.11.2018 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


“Ölkədəki problemlər hələ də həllini tapmayıb”

Ermənistanda Nikol Paşinyanın rəhbəri olduğu «Vətəndaş müqavilə»sindən istefa verdiyini açıqlayan gənc erməni siyasətçi Qevorq Açemyan üzvü olduğu partiya rəhbərliyini ümumi diktaturaya meyil etməkdə günahlandırır. O, partiyadan getməsinin səbəbini partiya rəhbərliyinin ona və onun kimi sadə partiya üzvlərinə qarşı total diktatorluqda ittiham edir. Bildirək ki, ermənilərin «Novosti Armeniya» saytı Qevorq Açemyanın şəxsi «Facebook» səhifəsində yaydığı fikirlərə öz səhifəsində yer verib. Açemyan yazır ki, təxminən iki həftə əvvəl təmsil olunduğu «Vətəndaş müqavilə»si partiyasındakı seçki qərargahının rəhbəri Suren Papikyan onu erkən parlament seçkilərində iştirak etmək üçün siyahı hazırlamaq barədə məlumatlandırıb: «Papikyanın verdiyi məlumatda mənim də seçkidə iştirakım təsdiqlənmişdi. Belə ki, mən Malatya-Sebastiya bölgəsindən deputatlığa namizəd kimi göstərilirdim. Mən həmin bölgədə otaq kirayələyib qarşıdan gələn seçki kampaniyası ilə bağlı təbliğata başladım. Artıq təbliğatımın ilk günlərində partiya daxilində demokratik proseslərdən geri dönmə müşahidə etməyə başladım. Bölgədə olduğum elə ilk gündən mənə qarşı sərgilənən sayqısızlığı müşahidə etməyə başladım. Sonradan bunun yuxarıdan verilən bir göstəriş, ümumiyyətlə, partiyada hökm sürən ümumi diktaturanın təzahürü olduğunu anladım».
«Vətəndaş müqavilə»si partiyasını ölkədə demokratiya qurmaq istiqamətində heç bir siyasi iradəyə malik olmadığını deyən Açemyan partiyadan istefa verərək, siyasi fəaliyyətini fərqli bir şəkildə davam etdirmək məcburiyyətində qaldığını bildirir. Onun sözlərinə görə, Paşinyan yeni seçiləcək ölkə parlamentində ancaq öz yaxınlarını oturtmaq niyyətindədir. Onun sözlərinə görə, partiya elitasında Malatya-Sebastiya bölgəsində keçiriləcək seçkilərə «Vətəndaş müqavilə»si partiyasından dörd nəfər namizəd göstərilmişdi. Bunlar Baş nazirin birinci müavini Ararat Mirzoyan, təhsil naziri Araik Arutyunyan, Paşinyanın qaynı Qraç Akopyan və təbiəti mühafizə naziri Erik Qriqoryan idi. Sonrada mənə çatan məlumata görə, partiya rəhbərliyi tərəfindən mənim seçkilərdə iştirakım məqbul sayılmayıb. Belə ki, bölgədən bu dörd nəfərin deputat seçilməsi artıq təsdiqlənib.
Qeyd edilməlidir ki, Açemyan "Mənim addımım" bloku ilə seçkilərə gedən «Vətəndaş müqavilə»si partiyasına bundan sonra dəstək verməyəcəyini bildirib. Maraqlıdır ki, o, başqalarını da bu «siyasi qüvvəyə» səs verməməyə çağırıb: «Mən cəmiyyəti ayağa qalxmağa və mövcud hakimiyyətə siyasi bir şillə vurmağa çağırış edirəm. Cəmiyyət eyforiyada olmadığını, ölkədəki problemlərin hələ də həllini tapmadığını göstərməlidir».
O da maraqlıdır ki, artıq keçmişə qayıtmağın mümkünsüzlüyünü etiraf edən Açemyan, buna baxmayaraq, mövcud hakimiyyətin inqilabdan əvvəlki kimi olmasını istəyir.
Göründüyü kimi, Açemyanın dedikləri, gətirdiyi əsaslar onun dünənədək «ölkədə demokratiya qurucusu kimi» qəbul olunan Paşinyana olan xalq inamının azalmasının nümunələrindən biridir. Açemyanın dedikləri bir daha Paşinyanın siyasətdə təsadüfi adamlardan biri olduğuna dəlalət edir. Bu, bir daha Ermənistanda növbədənkənar parlament seçkiləri ərəfəsində siyasi gərginliyin yaşandığını göstərir.

İrəvanda gənc alimlərin etiraz aksiyası keçirilib
Bu gün İrəvanda, hökumətin iqamətgahı qarşısında gənc alimlərin etiraz aksiyası keçirilib. Fizika İnstitutunun əməkdaşı Qrayr Azizbekyan “Sputnik Armeniya”ya deyib ki, onlar elmi-tədqiqat institutlarından birinin ərazisinin əllərindən alınması ilə bağlı etiraz edirlər. Alimlər, həmçinin, elm sahəsinə büdcədən ayrılan vəsaitin də azlığından şikayət edirlər:”Bu gün Ermənistanda elmə ayrılan vəsait həddindən artıq azdır”.
Fikrimizcə, Ermənistan işğalçılıq siyasətindən əl çəkməyincə, nəinki bu dövlətin elmi, heç bir sahəsi inkişaf etməyəcək.Azərbaycan Prezidenti İlham Əliyevin Belarusun Bakıdakı səfiri ilə görüşündə dediyi kimi, məhz belə siyasətin nəticəsində, bu gün Ermənistan dünyanın ən yoxsul dövlətlərindən birinə çevrilib.

Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Məsələ benzinin qiyməti deyil, fransızlar Makrondan narazıdırlar”
11.12.2018
«ArmenianReport»: “Zatulin artıq erməni xalqının dostu deyil”
11.12.2018
Seçkilər Paşinyanın tərəfdarları arasında düşmənçilik yaradıb
11.12.2018
Ermənistanda ictimai-siyasi vəziyyət gərginləşib
11.12.2018
Məcburi cəcverməyə təhrik edilənlər...

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info