Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
Tarix: 15.11.2018 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


ABŞ-ın müvəqqəti işlər vəkili Vilyam Gil Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının (YTP) reallaşdırdığı ABŞ İnnovasiya Mübadilə Proqramını (USA Innovation Exchange Program) və proqram çərçivəsində “Trans-Xəzər İnnovasiya Forumu”nu uğurla başa vurmuş iştirakçılarla görüşüb. Görüşdə startapçılar və gənc sahibkarlar iştirak edib.
Görüş zamanı Vilyam Gil proqram məzunları ilə tanış olub və onların səfər barəsində fikirlərini dinləyib. Vəkil təmsil etdiyi səfirliyin dəstəklədiyi və əməkdaşlıq etdiyi mübadilə proqramlarının Azərbaycanda sahibkarlığın inkişafına dəstəyi mövzusunda çıxış edib. Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli gələcəkdə ABŞ akselerator və investorları ilə gələcək əməkdaşlıq perspektivlərindən danışıb.
Daha sonra startaplarçılarla birgə müzakirələr aparılıb.
Məlumat üçün bildiririk ki, ABŞ İnnovasiya Mübadilə Proqramı çərçivəsində 3-12 noyabr tarixlərində YTP-nin təşkilatçılığı ilə Azərbaycandan olan 15 startap nümayəndəsi Silikon Vadisinə səfər edib.
Səfər çərçivəsində startapçıların ABŞ-ın San Françisko, San Xose, Boston və Nyu York şəhərlərində “Plug and Play”, “MassChallange”, “Apple”, “Nutanix”, “Cambridge Innovation Centre” (CİC), “Fullbridge”, “Venture Cafe” kimi akselerator mərkəzlərində və şirkətlərində investorlarla görüşləri keçirilib. Eyni zamanda, Azərbaycanın ABŞ-dakı səfirliyi ilə birgə YTP tərəfindən Boston şəhərində Trans-Xəzər İnnovasiya Forumu da təşkil edilib. Qeyd edilən tədbirlər “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində reallaşdırılıb.




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Bakcell”dən möhtəşəm Yeni İl hədiyyəsi: 20 qiqabayta qədər pulsuz internet
11.12.2018
Respublika Veteranlar Təşkilatının VIII plenumu keçirilib
11.12.2018
DTX-nın şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
11.12.2018
Qaradağda Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirildi
11.12.2018
Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info