Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
Tarix: 15.11.2018 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


“Bizim birgə əməkdaşlığımız həm regionun, həm də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq”

“Star” neft emalı zavodunun tam gücü ilə fəaliyyətə başlamasına az vaxt qalır və bununla bağlı Türkiyə mediasında dərc edilən yazılarda layihənin əhəmiyyəti bir daha vurğulanır.

Mesut İlter: “Star”ı Türkiyə və Azərbaycan iqtisadiyyatına qazandırdığımız üçün çox qürurluyuq”
“Star” neft emalı zavodunun baş direktoru Mesut İlter açıqlamasında müəssisənin fəaliyyətə başlaması ilə bağlı fikirlərini bildirib. O, SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Aliağa rayonunda inşa etdiyi və real sektorun bir nöqtəyə qoyduğu ən böyük investisiya olan “Star” neft emalı zavodunda sınaq mərhələsinin çox uğurlu bir şəkildə keçdiyini bildirib: “İstehsala başladıq. Qısa bir müddət ərzində “Pekim”ə ilk naftanı verəcəyik. Emal qurğularını mərhələli şəkildə istismara veririk. Zavod 2019-cu ildən etibarən tam gücü ilə işləyəcək”. Baş direktor nəhəng layihəyə yaraşan beynəlxalq mərasimlə açılışın reallaşdığını xatırladaraq bildirib ki, zavodda 5 milyon ton dizel yanacağı, 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 1 milyon ton qarışıq ksilen/reformat, mayeləşdirilmiş neft-qazı (LPG), neft koksu və kükürd istehsal ediləcək: “Məhsulların hamısını Türkiyənin idxal etdiyi məhsullar təşkil edir. Məqsədimiz məhsullarımızı daxili bazara verərək mövcud kəsirin azaldılmasına yardım etmək və iqtisadiyyata dəyər qazandırmaqdır”. “Star” neft emalı zavodunun illik 10 milyon ton xam neft emal etmə imkanı olduğunu deyən M.İlter bildirib ki, zavod tam gücü ilə fəaliyyətə başladıqdan sonra Türkiyədə neft emal imkanı 35 faiz artacaq: “Hazırda sınaq istehsalı planlaşdırdığımız kimi davam edir. Belə bir layihəni Türkiyə və Azərbaycan iqtisadiyyatına qazandırdığımız üçün çox xoşbəxt və qürurluyuq”. “Star” neft emalı zavodu Türkiyə və Azərbaycan dövlət başçılarının iştirakı ilə 19 oktyabrda təşkil olunan mərasimlə açılıb. Müəssisənin Türkiyənin büdcə kəsrinin azaldılmasına illik 1,5 milyard dollarlıq dəstək olacağı nəzərdə tutulur.

Sərdar Ünal: “Star” zavodu Türkiyənin iqtisadi inkişafına böyük töhfə verəcək”
“Azərbaycanın sərmayəsi hesabına İzmir şəhərində inşa olunmuş “Star” neft emalı zavodu Türkiyənin iqtisadi inkişafına böyük töhfə verəcək”. Bu sözləri jurnalistlərə müsahibəsində Türkiyə-Gürcüstan Biznes Şurasının vitse-prezidenti Sərdar Ünsal söyləyib. O deyib: “TANAP layihəsi, “Star” zavodu və digər iqtisadi, enerji və nəqliyyat layihələri iqtisadi mənada Azərbaycan ilə Türkiyəni bir-birinə sıx bağlayır. Biz Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu investisiyaların daha da artırılmasını istəyirik. Bizim birgə əməkdaşlığımız həm regionun, həm də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq”.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu TBMM-in Plan və Büdcə Komissiyasının iclasında nazirliyin 2019-cu il büdcəsi ilə bağlı təqdimatda bir sıra məsələlərə toxunub. Nazir Azərbaycanla il ərzində sıx şəkildə səfər və görüşlərin davam etdiyini, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum təbii qaz boru xətti və TANAP kimi birgə layihələrin iş birliyinin nəticəsi olduğunu bildirib. Nazir Trans Adriatik Boru Xətti(TAP) ilə Azərbaycan qazının Avropa bazarlarına çatması üçün çalışdıqlarını, 19 oktyabrda açılan “Star” neft emalı zavodu ilə də Azərbaycanın Türkiyədəki ən böyük investor olduğunu söyləyib.
Nazir Naxçıvan-Ermənistan sərhədindəki atışmaya toxunaraq Azərbaycanın Qızılqaya təpəsini işğaldan azad etməsinin önəmli olduğunu, Ermənistanla problemlərin sülh yolu ilə həlli üçün cəhdlərin davam edəcəyini vurğulayıb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunması kimi tarixi missiyanı yerinə yetirib
16.06.2019
Bakıda xeyirxah və səmimi mühit var
16.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etdi
16.06.2019
Türkiyə dünyanın bütün regionları ilə münasibətlərini inkişaf etdirmək istəyir
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasnı qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info