Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
Tarix: 16.11.2018 | Saat: 10:41:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviçlə görüşdə söylədiyi fikirlər Ermənistanın işğalçı mövqeyinə bir daha qiymət verilməsi və Azərbaycanın xarici siyasəti baxımından diqqəti cəlb edir. Bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
F.Ağamalı bildirib ki, görüşdə bir daha Ermənistanın riyakarlığı, ikiüzlülüyü, Nikol Paşinyanın həyata keçirdiyi siyasətin kifayət qədər diletant xarakter daşıması, bu siyasətin qeyri-müəyyənliyi bir daha önə çəkildi və Ermənistan bir daha ifşa olundu.
Deputat bildirib ki, Ermənistan nəinki Rusiya ilə, eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan digər ölkələrlə də münasibətlərdə ciddi problemlər yaşamaqdadır:
“Ölkə rəhbərliyinin apardığı siyasət birmənalı olaraq Ermənistanı küncə sıxmaqdadır. Bu gün KTMT-də problemlərin olduğu deyilir. Bu problemləri yaradan isə Ermənistandır. Bəlli olan odur ki, Ermənistan yaxın zamanlarda bu təşkilatda tamamilə təklənəcək. Ermənistanın artıq Rusiya ilə problemləri var, Qazaxıstanla da böyük problemləri var. Qazaxıstan hər zaman Azərbaycanın mövqeyini müdafiə edir. Mən tamamilə əminəm ki, gələcəkdə daha ciddi məsələlərdə Qırğızıstan və Tacikistan da Azərbaycanın yanında olacaq, çünki bu ölkələrin Azərbaycanla münasibətləri çox yüksək səviyyədədir”.




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasnı qoydu
15.06.2019
Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub
15.06.2019
Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən qurtardı
15.06.2019
Namiq Əliyev: “Pilotlarımızın çevikliyi, təcrübəsi avantüradan yayınmağa imkan verdi”
14.06.2019
Ruhani: Rusiya və İran daha da yaxınlaşmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info