Mirzə Sakit İsa Qəmbər və Əli Kərimliyə üsyan etdi
Tarix: 09.07.2013 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


“O qocanı rahat buraxın”

Son vaxtlar “milli şura”nın vahid namizədi kimi göstərilən Rüstəm İbrahimbəyovun açıqlamaları ciddi siyasi qalmaqal yaratmaqda davam edir. O, “İsa Qəmbərin namizədliyini dəstəkləyə bilər” mesajını verməklə Əli Kərimli və digər müxalifət rəhbərlərini də çətin durumda qoydu. Bu gün isə artıq müxalifət rəhbərləri arasında gizli savaşın getməsi haqda aşkar faktlar ortaya çıxır. Bir vaxtlar AXCP fəallarından olmuş və radikal fikirləri ilə seçilən yazar Mirzə Sakit də artıq müxalifət partiyaları rəhbərlərinin oynadığı oyunlara üsyan edib. O, özünün “Facebook” sosial şəbəkəsindəki profilində üç il öncə “Prezident İlham Əliyevə siyasi rəqib görmürəm” deyən Rüstəm İbrahimbəyovun ahıl yaşında müxalifət tərəfindən oyuna salındığını iddia edib.
“O qocanı rahat buraxın, imkan verin ömrünün ixtiyar vaxtında gedib asudə yaşasın. Vallah günaha batarsınız. Bu vaxta qədər o kino çəkirdi, Deyəsən indi siz onun kinosunu çəkəcəksiniz”-deyə o, İsa Qəmbər, Əli Kərimli və digər müxalifət liderlərinə üsyan edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info