Məşğulluq Strategiyası insan kapitalının inkişafında, məşğulluğun təminatında mühüm addımların atılmasına imkan yaradacaq
Tarix: 16.11.2018 | Saat: 12:38:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Sosial Müdafiə və İş Yerlərinin Diaqnostikası (Job Diagnostics) üzrə missiyası ilə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətində əhalinin məşğulluq imkanlarının artırılmasının mühüm yer tutduğunu vurğulayıb. Bu istiqamətdə əldə olunan nailiyyətləri qeyd edən nazir müavini dövlət başçısının 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” barədə məlumat verib. O, yeni Məşğulluq Strategiyasının ölkəmizdə insan kapitalının inkişafında, məşğulluğun və layiqli əməyin təminatında növbəti mühüm addımların atılmasına imkan yaradacağını diqqətə çatdırıb.
M.Kərimli nazirliklə Dünya Bankının birgə layihələrindən bəhs edib, əmək, məşğulluq, sosial müdafiə sahələrinin təkmilləşdirilməsində müsbət əməkdaşlıq təcrübəsinin olduğunu deyib.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri cənab Navid Hassan Naqvi və proqram rəhbəri Lire Ersado missiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə gördüyü işləri məmnunluqla qeyd edib. Missiyanın bu dəfəki səfərinin məqsədinin də əmək bazarında tələb və təkliflə bağlı məlumatların toplanması, ölkədə özəl sektorun əmək tələbatını müəyyən edən faktorlar üzrə məlumatların əldə olunması üçün məsləhətləşmələrin həyata keçirilməsi olduğu bildirilib.
Görüşdə Azərbaycanda İş Yerlərinin Diaqnostik Tədqiqatı və məşğulluq sahəsində əldə olunan nəticələri ilə bağlı Sənədin hazırlanmasının yekunlaşdırılması, ölkəmizin yeni Məşğulluq Strategiyası üzrə tədbirlər planının hazırlanmasına texniki dəstəyin təmin olunması və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Bu il önəmli infrastruktur layihələri icra olunub
14.12.2018
Azərbaycanda 760 Rusiya kapitallı şirkət fəaliyyət göstərir
14.12.2018
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılıb
14.12.2018
Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb
14.12.2018
Prezident Kürdəmirdə yol tikintisinə ilkin olaraq 2,82 milyon manat ayırıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info