Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir
Tarix: 16.11.2018 | Saat: 12:43:00 | E-mail | Çapa göndər


Qırğız Respublikasının Din İşləri üzrə Dövlət Komissiyasının təşəbbüsü ilə Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir. Tədbirdə dünyanın 20 ölkəsindən gələn dövlət qurumlarının nümayəndələri, dinşünas alimlər, ekspertlər iştirak edirlər. Ölkəmizi bu konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Səyavuş Heydərov, Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov və Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun baş elmi işçisi Aydın Əlizadə təmsil edir.
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun da iştirak etdiyi tədbirdə çıxış edən DQİDK sədrinin müavini Səyavuş Heydərov ölkələr arasında müvafiq istiqamətdə təcrübə mübadiləsinin aparılması, əməkdaşlıq prespektivlərinin müzakirə edilməsi baxımından çox faydalı olan konfrasın təşkilinə və dəvətə görə sözügedən respublikanın Din İşləri üzrə Dövlət Komissiyasına minnətdarlığını bildirib.
Daha sonra beynəlxalq konfransın panel iclasında Səyavuş Heydərovun “Dini ekstremizmlə mübarizədə internet resursları və KİV-lə işin təşkili” mövzusunda məruzəsi dinlənilib. Natiq öncə Azərbaycanda mövcud olan nümunəvi dövlət-din münasibətləri, tolerant və multikultural mühit barədə danışıb. Bildirib ki, Azərbaycanda milli və dini dözümlülük xalqımızın tarixi ənənələrinə əsaslanır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdəki dinlər və etnik qruplar arasındakı münasibətlər dövlətçilik konsepsiyasına və dünyəvilik prinsiplərinə uyğun olaraq daha da möhkəmlənib. Bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib və hazırda bu siyasət uğurla davam etməkdədir.
S.Heydərov Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda mövcud olan ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyinin təməlində multikulturalizm, tolerantlıq, milli-mənəvi dəyərlərə hörmətlə yanaşı, güclü hüquqi baza və dövlətçilik prinsiplərinin dayandığını vurğulayıb. Dövlət Komitəsi sədrinin müavini ölkəmizdə dini sahədəki münasibətləri tənzimləyən, Azərbaycan Respublikası Konstitusiyasının vicdan azadlığı və dini etiqad azadlığı prinsipləri əsasında formalaşmış “Dini etiqad azadlığı haqqında” Qanunun müasir dövrün ən mütərəqqi qanunlarından biri olduğunu diqqətə çatdırıb.
Qeyd edib ki, dövlət-din münasibətlərində Azərbaycan modelinin əhəmiyyəti özünü məhz dövlətin məzhəbə dayanan dinə deyil, ekstremizmdən uzaq ortadoksal və təməl əsaslara söykənən dinə əhəmiyyət verməyində göstərir: “Bu istiqamətdə aparılan siyasət istər dövlət, istərsə də ictimaiyyət üçün xüsusi əhəmiyyət kəsb edir və bu amillərin dini ekstremizmin təzahürlərinə qarşı mübarizənin effektivliyinə önəmli təsir göstərir.“
Ölkəmizdə 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edildiyini bildirən S.Heydərovun sözlərinə görə, irqi ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizə sahəsində qlobal platforma statusu qazanmış “Bakı prosesi” dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət, əməkdaşlıq və dialoqu təşviq edən qlobal xoşməramlı çağırış kimi dəyərləndirilir.
Çıxışında dini radikalizmə qarşı mübarizədə KİV-lərin roluna toxunan S.Heydərov Dövlət Komitəsinin bu sahədə dini maarifləndirmə prosesini medianın imkanlarından istifadə edərək uğurla həyata keçirdiyini bildirib. O, DQİDK-nın dəstəyi ilə ənənəvi islami və milli-mənəvi dəyərləri təbliğ etmək məqsədilə televiziya proqramlarının yayımlandığını, cəmiyyətin bütün təbəqələrinə dini radikalizmin və ekstremizmin fəsadlarını çatdırmaq üçün çəkilən sənədli filmlərin telekanallarda nümayiş etdirildiyini deyib.
Azərbaycanın dövlət-din siyasəti üzrə təcrübəsini bölüşməyə hazır olduğunu qeyd edən sədr müavini ölkəmizin dini radikalizm və ekstremizmlə mübarizədə beynəlxalq təşkilatlarla, o cümlədən xarici ölkələrlə əməkdaşlığı dəstəklədiyini vurğulayıb.
Qeyd edək ki, DQİDK-nın sədr müavini S.Heydərovun çıxışının böyük maraqla qarşılandığı konfrans öz işini bu gün davam etdirir.

Tural




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Bakcell”dən möhtəşəm Yeni İl hədiyyəsi: 20 qiqabayta qədər pulsuz internet
11.12.2018
Respublika Veteranlar Təşkilatının VIII plenumu keçirilib
11.12.2018
DTX-nın şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
11.12.2018
Qaradağda Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirildi
11.12.2018
Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info