BANM-da MBA təhsili: İdarəçilik idarəçilərdən öyrənilir
Tarix: 16.11.2018 | Saat: 12:48:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Biznesin İdarə Edilməsi (MBA) magistr proqramı uğurla davam edir. Ümumilikdə 120-dən artıq krediti əhatə edən zəngin bir proqrama malik bu proqramın əsas məqsədi qlobal mühitdə rəqabətədavamlı mütəxəssislər yetişdirməkdir. Ali Məktəbin beynəlxalq təcrübəyə malik professor heyəti isə yalnız BANM üçün nəzərdə tutulan ekskluziv və innovativ proqram hazırlayıblar.
BANM-ın MBA proqramına İdarəetmə və təşkilati davranış, Maliyyənin idarə olunması, Biznes və iqtisadiyyat üçün statistika, Marketinq konsepsiyaları, Menecerlər üçün mühasibat, Kapital qoyuluşu və Maliyyə strategiyaları, Risklərin idarə olunması və siğortalama v s. kimi əsas fənlər, eləcə də seçmə fənlər daxildir.
BANM-da MBA proqramını tədris edən müəllimlərdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimli, BP şirkətiin İT layihələr üzrə qrup rəhbəri Faiq Nəsibov, İtaliyanın KT Kinetics Technology şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nikolo Haylpern, Bioropean MMC-nin yaradıcısı və direktoru Emin İlyas, BANM-ın beynəlxalq təcrübəli professoru Cavanşir Əlizadə və digərlərinin adlarını çəkmək olar.
2018/2019-cu tədris ilinin ilk semestrində MBA tələbələri İdarəetmə və təşkilati davranış, Maliyyənin idarə olunması, Biznes və iqtisadiyyat üçün statistika, Marketinq konsepsiyaları və Menecerlər üçün mühasibat fənlərini keçirlər.
“Bakı Ali Neft Məktəbində MBA üzrə təhsil almaq arzum idi. Amma açığı, dərslərin bu dərəcədə mükəmməl təşkil olunacağını gözləmirdim. Bizə dərslər çox təcrübəli, tanınmış insanlar tərəfindən keçirilir. Öyrəndiklərimizin praktiki nümunələri məni çox ruhlandırır.” – deyə Ali Məktəbin MBA tələbəsi, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin kommersiya meneceri Famil İbrahimov bildirib.




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb
16.06.2019
Bu gün 32 mindən çox şagird buraxılış imtahanı verəcək
16.06.2019
Peşəyönümlü siniflərin yaradılması üçün hazırlıq işləri görülür
14.06.2019
Azərbaycanın tarixi yaşının 2 milyon il olduğu sübut olundu
14.06.2019
Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info