Aİİ Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirib
Tarix: 16.11.2018 | Saat: 13:09:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirib. Tədbirdə Beynəlxalq Tolerantlıq Günü, islamda tolerantlıq prinsipi və tarixi təcrübə mövzularında müzakirələr aparılıb.
Aİİ rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.
Aİİ rektoru məruzəsində Beynəlxalq Tolerantlıq Gününün mahiyyətinə toxunaraq, müasir dövrdə dünyada sülhü təmin etmək üçün insanların qarşılıqlı anlaşma şəraitdə yaşamasının vacibliyini vurğulayıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşduğu məkana çevirib. Azərbaycan dünyanın azsaylı ölkələrindəndir ki, burada bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır.
Ulu Öndərin banisi olduğu azərbaycançılıq ideyası xalqımızın multikultural və tolerantlıq dəyərlərinin əsasını təşkil etməklə yanaşı, ölkəmizdə yaşayan bütün dinlərin və etnik qurupların vahid dövlətçilik prinsipi ətrafında birliyini təmin edir.
Vurğulanıb ki, Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşlər, həyata keçirdiyi tədbirlər, Ramazan Bayramında ənənəvi olaraq iftar süfrəsində müsəlman din xadimləri ilə yanaşı digər dini icmaların nümayəndələrinin də iştirakı ölkədə tolerantlıq ənənəsinin tam bərqərar olduğunu göstərir. Prezident İlham Əliyev dindarlarla görüşlərində islam dininə elmi yanaşmanı, islam fəlsəfəsinin öyrənilməsini mühüm şərt kimi səciyyələndirir. Bunun bariz nümunəsi Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasıdır.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev Azərbaycanda multikultural dəyərlərin və tolerantlıq ənənələrinin yaşının qədim tarixi köklərinin olduğunu, ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların əsrlərlə yanaşı yaşadığını vurğulayıb. Azərbaycanda mövcud olan multikulturalizm modelinin inkişaf etmiş ölkələrin ali məktəblərində tədris olunduğunu, elmi mərkəzlərdə öyrənildiyini, təhlil edildiyini diqqətə çatdırıb.
Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev çıxış edərkən bildirib ki, multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Qeyd edib ki, ölkəmizdə mövcud olan multikulturalizmin və tolerantlığın dünyada alternativi yoxdur. Ölkəmizdə müxtəlif dini konfenssiyalara, irqi və milli mənsubiyyətə malik insanlar arasında münasibətlərin tənzimlənməsində, xalqlar arasında dostluğun və birgəyaşayışın qorunub saxlanmasında tolerantlıq və multikultural dəyərlər mühüm rol oynayır.
Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili qeyd edib ki, Azərbaycanda hər zaman bütün dinlərə və fərqli mədəniyyətlərin daşıyıcılarına qayğı ilə yanaşılıb. Buna ölkəmizdə milli, irqi və dini zəmində münaqişələrin, qarşıdurmaların olmaması da əyani sübutdur.
Gürcüstan Yəhudilərinin Bakı Dini İcmasının sədri Abik Çaruxçev ölkəmizdə bütün dinlərin nümayəndələrinə eyni münasibətin bəsləndiyini qeyd edib. Azərbaycanın tolerantlıq baxımından bir çox dünya ölkələri üçün nümunə olduğunu bildirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin aparıcı mütəxəssisi Cahangir Cahangirli bildirib ki, Prezident İlham Əliyev Azərbaycan xalqının tolerantlıq ruhunu bütün dünyaya nümayış etdirir. Bu gün Azərbaycan dünyada multikulturalizmin ən mükəmməl modelini yaradıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
14.12.2018
UNEC ilə BFB təhsil, elm və təlim-tədris sahəsində birgə əməkdaşlığa başlayır
14.12.2018
“Azərbaycan dünyanın ən gözəl, zəngin ölkələrindən biridir”
14.12.2018
Naxçıvan Dövlət Universitetinin tələbələri Araz Elm və İstehsalat Birliyində olublar
14.12.2018
Alimin vəfatından 19 il keçir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info