Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib
Tarix: 16.11.2018 | Saat: 14:04:00 | E-mail | Çapa göndər


ABŞ-da səfərdə olan Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Kaliforniyada yaşayan soydaşlarımız və diaspor təşkilatlarının fəalları ilə görüşüb. Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunda keçirilən görüşdə Azərbaycan dövlətinin diaspor siyasətini və Dövlət Komitəsinin son 6 ayda gördüyü işləri əks etdirən bir neçə videoçarx nümayiş olunub. Sonra Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev görüş iştirakçılarını salamlayaraq, Kaliforniyadakı Azərbaycan icması və bu icma ilə əməkdaşlıq haqqında məlumat verib. Bildirib ki, bu gün 1 milyondan çox erməninin yaşadığı Kaliforniyada Azərbaycan icmasının birgə fəaliyyət göstərərək daha da güclənməsi böyük önəm kəsb edir.
Nümayəndə heyətinin rəhbəri, Dövlət Komitəsinin sədri Fuad Muradov isə çıxış edərək Azərbaycan dövlətinin diaspor siyasətinin əsas istiqamətlərini, gözləntilərini və hədəflərini diqqətə çatdırıb. Dövlət Komitəsinin rəhbəri, eyni zamanda son 7 ayda Azərbaycan diaspor nümayəndələri ilə görüşlər, görülən işlər barədə danışıb. Azərbaycanlıların Koordinasiya Şuraları haqqında söz açan Dövlət Komitəsinin sədri ayrı-ayrı dövlətlərin diaspor siyasəti ilə məşğul olan dövlət qurumları ilə əməkdaşlıq, ölkəmizə dost xalqların diaspor rəhbərləri ilə görüşlər, milli-mədəni irsimizin və Azərbaycan həqiqətlərinin təbliği istiqamətində görülən işlər, eləcə də Komitənin gələcək planları barədə geniş məlumat verib.
Görüş zamanı soydaşlarımızı maraqlandırılan suallar cavablandırılıb, onları narahat edən məsələlər və diaspor fəaliyyəti ilə bağlı təklifləri dinlənilib. ABŞ-da yaşayan həmyerlilərimizin daha səmərəli fəaliyyət istiqamətləri müzakirə olunaraq müvafiq razılaşmalar əldə edilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Xaricdəki soydaşlarımız anım tədbirləri keçiriblər
11.12.2018
Müxalifət Ermənistandakı saxta seçkiləri niyə təqdir edir?
11.12.2018
General Körtis Skaparotti: NATO Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir
11.12.2018
Sovet televiziyasının əfsanəvi rejissoru dahi lider haqqında
11.12.2018
XİN: Danimarkanın “Novo Nordisk” şirkəti Dağlıq Qarabağ ərazisində heç bir iqtisadi fəaliyyətlə məşğul deyil

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info