“Azərbaycanlılara qarşı törədilən sülh və insanlıq əleyhinə cinayətlər (1918-2018-ci illər)” adlı elektron kitab dərc olunub
Tarix: 16.11.2018 | Saat: 14:12:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Avropaya İnteqrasiya Mərkəzi İctimai Birliyi tərəfindən “Azərbaycanlılara qarşı törədilən sülh və insanlıq əleyhinə cinayətlər (1918-2018-ci illər)” adlı elektron kitab hazırlanıb.
Avropaya İnteqrasiya Mərkəzinin Mətbuat və informasiya şöbəsinin məlumatına görə, kitabda Azərbaycan xalqına qarşı ermənilər və onların havadarları tərəfindən 100 il ərzində törədilmiş və hal-hazırda törədilməkdə davam edən sülh və insanlıq əleyhinə cinayətlərin beynəlxalq hüquqi təhlili öz əksini tapıb. Kitabın müəllifi hüquq üzrə fəlsəfə doktoru Səyyad Məcidlidir. Kitabda həmçinin xarici və ölkədaxili mənbələrə əsaslanaraq, transmilli cinayətlərin nəzəri və praktiki məqamları elmi cəhətdən araşdırılıb, tarixi xronologiya əsasında Ermənistanın 1918-ci ildən başlayaraq Bakıda, Qubada, Gəncədə, Şamaxıda, Qaradağlıda, Xocalıda, Ağdabanda və Azərbaycanın digər bölgələrində törətdiyi soyqırımı, təcavüz, müharibə və insanlıq əleyhinə cinayətlər, terror cinayətlərinin beynəlxalq cinayət hüquqi məqamları, habelə geosiyasi və hüquqi aspektləri təhlil olunub. Kitabda, eyni zamanda ermənilər tərəfindən törədilən transmilli cinayətlərə beynəlxalq və milli məhkəmələrdə baxılması, beynəlxalq instansiyalarda bu cinayətlərə düzgün hüquqi qiymətin verilməsi perspektivlərinə toxunulub.
Hüquqşünaslar, tarixçilər, politoloqlar və ümumilikdə bu sahəyə maraq göstərən geniş oxucu kütləsi, xüsusilə internet istifadəçiləri üçün nəzərdə tutulmuş və şərti olaraq “100 ilin 100 cinayəti” adlanan bu kitabın elektron versiyasınıhttp://aggression.az saytının “e-kitablar” bölməsindən əldə etmək olar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Ədəbiyyat İnstitutunda İsmayıl Şıxlının 100 illiyinə həsr olunan elmi konfrans keçirilir
20.05.2019
ADPU-da elmi konfrans: Türkologiya: reallıqlar, problemlər, perspektivlər
20.05.2019
BSU-nun professor-müəllim heyəti İvanovkada görüş keçirib
20.05.2019
ADPU-da “Cahana sığmayan düha” adlı ədəbi-bədii tədbir
19.05.2019
V Respublika fənn müsabiqələrinin ilk mərhələsi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info