“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
Tarix: 16.11.2018 | Saat: 14:36:00 | E-mail | Çapa göndər


Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə ölkənin aparıcı media qurumlarının rəhbərlərinin Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşü keçirilib.
Görüşdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev məhkəmə-media münasibətlərinə toxunub. O, bildirib ki, məhkəmələr media qurumları ilə əməkdaşlıqda maraqlı olmalıdır: "Məhkəmə cəmiyyət üzvlərinin tarazlaşdırılmasına xidmət edir. Məhkəmə dövlət maraqlarını müdafiə edən icra hakimiyyətindən fərqlənir. Azad mətbuat demokratik cəmiyyətin inkişafında mühüm rol oynayır. Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir. Məhkəmə qəbul etdiyi qərarların ictimaiyyətə çatdırılmasında maraqlıdır və bu prosesin reallaşması üçün media ilə əməkdaşlıq zəruridir. Məhkəmə orqanları daim KİV-lə əməkdaşlıqda maraqlıdır".
R.Rzayev qeyd edib ki, bu prosesdə bəzi mətbu orqanları da məhkəmələrin fəaliyyətinə mane olur: "Bu gün bu prosesdə yaranan problemlərdən biri də qeyri-peşəkar jurnalistlərin məhkəmə fəaliyyətinə mane olmasıdır. Bu gün məhkəmələrin qeyri-peşəkar jurnalistlərdən qorunmağa ehtiyacı var. Bəzi mətbu orqanları məhkəmə fəaliyyətinə, hakimlərin nüfuzuna xələl gətirən əsassız yazılar dərc edir. Jurnalist məhkəmənin obyektivliyini və müstəqilliyini nəzərə almalı, onun fəaliyyətinə hörmətlə yanaşmalıdır. Məhkəmə orqanları jurnalistlərə bu sahədə yardım etməlidirlər. Bu qarşılıqlı əməkdaşlıq sahəsində baş verməlidir. Ali Məhkəmə mətbuatla əməkdaşlıq edir və bunun üçün mətbuat katibi var. Məhkəmənin plenum iclasları, qərarlar barədə məhkəmənin saytında məlumatlar verilir".
Ali Məhkəmənin sədri bildirib ki, media qurumları hakimlərin mətbuata qapalı olmasından gileylənir: "Media qurumları məhkəmə hakimləri ilə münasibət qura bilmir, onlardan açıqlama almaqda çətinlik çəkirlər. Mən bu fikirlərlə razıyam. Amma bu məsələ hakimin səlahiyyətində deyil. Hakimlərin mətbuata açıqlama verməsi qadağandır. Bu qadağanı hakim qoymayıb".
Görüşdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə bildirib ki, Ali Məhkəmə daim kütləvi informasiya vasitələri ilə əməkdaşlıq edib, məhkəmə-media münasibətlərində ortaya çıxan problemlərin həlli ilə bağlı müzakirələr aparılıb:
"Biz qərara gəldik ki, bu cür məsələlərlə bağlı ölkənin kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşlər keçirək. Media ilə məhkəmələrin əməkdaşlığında müəyyən problemlər var. Azərbaycanda məhkəmə hakimlərinin, işçilərinin sayı azdır və buna görə də məhkəmə hansısa əməkdaşını media ilə əməkdaşlığa görə məsul şəxs təyin edə bilmir. Əminəm ki, bizim bu görüşümüzdən sonra bu sahədə irəliləyiş əldə olunacaq, məhkəmədən yazan jurnalistlərin ixtisaslaşması üçün tədbirlər görüləcək. Bu gün Azərbaycan jurnalistikasında kifayət qədər inkişaf var, qurumlarla əməkdaşlıqda irəliləyişlər var, dövlət qurumları və təşkilatlar media ilə əməkdaşlığa maraq göstərir. Biz medianın hüquq-mühafizə orqanları ilə - Daxili İşlər Nazirliyi, Baş Prokurorluqla görüşünü keçirmişik. Ali məhkəmə ilə də jurnalistlər üçün də seminar keçirmək vacibdir. Seminarlarda jurnalistləri hansı məsələlər narahat edirsə, həmin məsələlərin həllinə çalışmaq lazımdır. Seminar və treninqlər keçirərək bu prosesdə jurnalstikada olan çatışmazlıqları da müzakirə edə bilərik. Təbii ki, Azərbaycan mətbuatında da, məhkəmələrdə də bu sahədə problemlər var. Jurnalistikada da müəyyən səhvlər təkrarlanır. Amma müxtəlif seminarların təşkil olunması bu problemləri aradan qaldıracaq. Bunun üçün həmçinin məhkəmələrlə birlikdə jurnalistlər üçün vəsait hazırlaya bilərik. Həmin vəsaitdə jurnalistlər məhkəmə terminləri ilə tanış olarlar".
Ə.Amaşov bildirib ki, media qurumlarının rəhbərləri məhkəmələrlə işləyən jurnalistlərin koordinatlarını Mətbuat Şurasına təqdim etməlidir. Belə ki, həmin jurnalistlər üçün məhkəmələrdə seminarlar təşkil olunacaq.
Tədbirdə çıxış edən media qurumlarının rəhbərləri məhkəmə jurnalistlərinin problemlərlə üzləşdiyini bildiriblər. Görüşdən sonra tədbir iştirakçıları Ali Məhkəmənin inzibati binası və qurumun iş fəaliyyəti ilə tanış olublar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.12.2018
Ali Murat Kırık: “Dünyanı gözləyən ən böyük təhlükələrdən biri sosial media terrorudur”
17.12.2018
Qaradağ və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsi müvəqqəti dayandırılacaq
17.12.2018
Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşır
17.12.2018
“Bakcell” karyera qurmaqda tələbələrə dəstək göstərir
17.12.2018
Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info