Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
Tarix: 16.11.2018 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Noyabrın 16-da AMEA-nın Fəlsəfə İnstitutunun təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabının Livanda ərəb dilində nəşrinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabının bu yaxınlarda Livanın paytaxtı Beyrut şəhərində “Delta” Dərin Araşdırmalar Mərkəzində nəşr edildiyini bildirib. Qeyd edib ki, bu qiymətli əsər bir çox dillərə, o cümlədən fransız, ingilis, türk, rus dillərinə tərcümə olunub. Kitabı ərəb dilinə əlcəzairli tədqiqatçı, professor Zəim Xənişlavi tərcümə edib. Tərcüməçinin öyrənilən problemə bələdliyi ərəb oxucusuna Qarabağ problemini aydın şəkildə başa düşmək imkanı verib.
Tədbirdə AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, deputat, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış ediblər.
Bildirilib ki, kitabda Azərbaycan və Ermənistan arasında hələ də davam edən münaqişənin əsasını təşkil edən tarixi problemdən danışılır. Müəllif problemi tarixi mənbələr əsasında oxucuya izah etməklə bir çox qaranlıq məqamlara aydınlıq gətirir, mürəkkəb məsələlərin həllini göstərən koqnitiv strategiya təqdim edir.
Qədim tarixi dövrlərə, orta əsrlərə, yeni və müasir tarixə aid mənbələrə istinadla yazılmış bu kitabda münaqişənin yaranma səbəbləri öyrənilir, daha sonra Azərbaycan tarixinin çoxəsrlik dövrlərində Dağlıq Qarabağ ərazisinin mülkiyyəti sənədlər əsasında izah olunur. Həmçinin kitabda demoqrafik inkişaf, Dağlıq Qarabağın azad edilməsi üçün silahlı müqavimətin başlanması məsələləri tədqiq edilir, Minsk qrupunun təşkilatçılığı ilə aparılan danışıqlar prosesi, bu vilayətdə mövcud olan vəziyyətə beynəlxalq qurumların münasibəti məsələləri oxucunun diqqətinə çatdırılır.
Kitab oxucuya problemin mahiyyətinə varmağa, münaqişənin səbəb və nəticələrini görməyə imkan verir, müasir tarixşünaslıq və politologiyada “Ermənistan və Azərbaycan arasında Qarabağ münaqişəsi” adlandırılan problemi obyektivliklə öyrənməyə başlayan hər kəsə kömək edir. Qarabağ vilayətinin tarixinin anlaşıqlı üslubda təqdim olunması oxucuya imkan verir ki, o, tarixi sənədləri çox vaxt xarakterizə edən rəsmi-quru üslubu başa düşmək əziyyətindən xilas olsun. Bu baxımdan belə bir kitabın ərəb dilinə tərcümə edilməsi ərəb oxucusunun problemlə əlaqəli bir çox həqiqəti başa düşmək işini asanlaşdırır.




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Pekində Azərbaycanın Çindəki səfirliyi üçün bina inşa olunacaq
20.05.2019
Mühacir açılımı Əli Kərimlini niyə narahat edir?
20.05.2019
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb
20.05.2019
Müxalifət daxilində agent davası
20.05.2019
İspaniya və Portuqaliyada yaşayan azərbaycanlıları əlaqələndirmə şuraları təsis edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info