«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
Tarix: 16.11.2018 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


Paşinyan rus biznesini sarsıtmaqda davam edir

Ermənistanda rus biznesinin fəaliyyəti ilə bağlı yeni qalmaqal başlayıb. Belə ki, Ermənstanın Gəlirlər Komitəsi «Qazprom Ermənistan»a qarşı çox böyük miqdarda vergidən yayınmaqla bağlı cinayət işinin başlanmasını elan edib.
Komitə hazırda zərərin dəqiqləşdirilməsi üçün zəruri istintaq və prosessual tədbirlər həyata keçirildiyini bildirir. Onların iddiasına görə, şirkət 2016-2017-ci illərdə xərclərini şişirdərək gəlirlərini az göstərib. Qeyd edilməlidir ki, «Qazprom Ermənistan» ona qarşı yönəldilən ittihamlarla razılaşmır.
Xatırlatmaq yerinə düşər ki, Ermənistanda hakimiyyəti «inqilab yolu ilə» ələ keçirən Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə son görüşlərindən birində, ölkəsinə gətirilən Rusiya qazının qiymət mexanizmini öyrənmək məsələsini qaldırmışdı. Paşinyan «Ermənistan vətəndaşları Rusiyadan ucuz qaz aldıqlarını hiss etməsələr də» burada «korrupsiya riski»nin olduğunu da istisna etməmişdi(?) Təbii ki, səsləndirilən «korrupsiya riski» dövlətin bu sahəyə məsul olan təsərrüfat subyektinin fəaliyyətində də istisna edilə bilməz. O da maraqlıdır ki, Ermənistan tərəfinin ittihamları, «Qazprom Ermənistan»nın Rusiya ilə qaz qiymətlərinin azaltmaqla bağlı aparılan danışıqları zamanı meydana çıxıb.
Təbii ki, bu gün Rusiyanın Ermənistana satdığı qazı baha kimi dəyərləndirmək doğru olmaz. Belə ki, bu gün Ermənistana verilən hər min kubmetr qazın qiyməti 150 dollar təşkil edir. Lakin ermənilər qiymət dəyişikliyinə nail olmaq, yəni qiyməti aşağı salmaq üçün başqa yol tapmadıqları üçün şantaj yolunu seçiblər. Bunun üçün ən çox «uyğun» yol cinayət işinə başlamaqdır ki, bu da yeni sövdələşmə üçün gözəl imkanlar yarada bilər. Xatırladaq ki, Ermənistan 150 dollarara aldığı qazı, istehlakçıya 290 dollara satır. Təbii ki, burada təkcə «Qazprom»u deyil, keçmiş erməni hökumətinin nümayəndələrinin də korrupsiya sxemlərini «bağlamaq» çox asandır.
Yeri gəlmişkən bildirək ki, Ermənistanda rus qazı ilə bağlı söhbətlər xeyli müddətdir ki, baş qaldırıb. Təbii ki,burada yeni hökumətin öz planlarının olduğu da nəzərdən qaçmamalıdır. Belə ki, yeni erməni hökuməti bu məsələni qaldırmaqla Ermənistandakı Rusiya monopoliyasını təhdid etmək istəyirsə, onun digər məqsədi ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsində sabiq siyasi liderləri «zərərsizləşdirməkdir». Paşinyanın buna nə dərəcədə nail olacağı isə sual altındadır. O, seçiciləri öz tərəfinə cəlb etmək üçün seçkilərdən əvvəl son istehlakçı üçün qazın qiymətini azaltmalıdır. Lakin onun «korrupsiya riski» yolunu tutması bir az qəribə görünür.
Maraqlıdır ki, Rusiyanın «Reporter» nəşrinə açıqlama verən rusiyalı ekspert İqor Korotçenko Rusiya şirkətinin törəməsi olan «Qazprom Ermənistan»ın mülkiyyətini ələ keçirmək üçün Paşinyanın şirkətdə yoxlamalar aparmaqdan başqa yol tapmadığını bildirib. O, Moskva ilə İrəvan arasındakı münasibətləri təhdid edə bilən bu əmməllərdə subtekstlərin olduğunu istisna etmir. Onun fikrincə, bu gün «Qazprom» məsələsi Ermənistandakı «rus faktorları» ilə əlaqəli olan bir neçə qalmaqalın önünə keçib. «Bu gün, demək olar ki, Ermənistanda cinayət təşkil edən Rusiya «mənşəyi» «müvafiq» cinayət təqibinə məruz qalır».
Rusiyanın «Rosbalt» saytı hazırda Ermənistanda yaşananların ölkə üçün yanlış istiqamətdə dəyişə biləcəyini də ehtimal edir. Saytın yazdığına görə, yaxınlarda ölkə parlamentinə keçiriləcək seçkilərdə rusiyameyilli Respublikaçılar Partiyasının hakimiyyətə gələ bilməsi o qədər də inandırıcı görünmür. Bundan əlavə, indidən Paşinyanın gələcək davranış modelini proqnozlaşdırmaq çətindir. Onun Rusiyaya münasibətdə nümayiş etdirdiyi siyasi mövqeyi gələcəkdə Rusiya «dükanlarının» əksəriyyətində olan kreditin, ehtimal ki, Ermənistan üçün bağlanması deməkdir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
“Ermənistandakı seçkilər Moskvanın maraqlarına böyük zərbə vurdu”
12.12.2018
İnsan haqları müdafiəçisi: “Ermənistan polisi mediaya təzyiq edir“
12.12.2018
Polşanın “sarı jiletlər“i yolu bağladı
12.12.2018
Azərbaycan və Pakistan beynəlxalq və regional təşkilatlar çərçivəsində hər zaman bir-birinə dəstək göstərib
11.12.2018
“Məsələ benzinin qiyməti deyil, fransızlar Makrondan narazıdırlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 “Özümü qərib ölkədə hiss etmədim”
4 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
5 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info