SOCAR peyk təsvirlərinin köməyi ilə neft yataqları axtaracaq
Tarix: 16.11.2018 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


SOCAR gələn ildən radar peyk təsvirlərinin köməyi ilə neft yataqlarının aşkarlanması istiqamətində tədqiqat aparacaq. Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nda deyilir.
Dövlət Proqramının Tədbirlər Planına görə, 2019–2022-ci illərdə SOCAR, Energetika, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri təbii ehtiyatların, faydalı qazıntıların hasilatı sahəsində dəyişikliklərin, o cümlədən neqativ təbii proseslərin (karst, yer səthinin çökməsi, subasmalar, bataqlıqlaşma) dinamikasının öyrənilməsində peyk təsvirlərindən istifadə edəcək.
Bundan başqa, SOCAR Dövlət Proqramının əhatə etdiyi illərdə radar peyk təsvirlərinin köməyi ilə geoloji öyrənilmə və neft yataqlarının aşkarlanması istiqamətində tədqiqat aparacaq. Şirkət, həmçinin quru ərazidə neft-qaz boru kəmərlərinin optimal marşrutunun planlaşdırılmasında peyk təsvirlərindən istifadə edəcək. SOCAR tərəfindən radar peyk təsvirlərinin köməyi ilə neft-qaz boru kəmərlərinin səth hərəkətinin monitorinqi aparılacaq, quruda və suda neft və qaz obyektlərinin (kəmərlər, qurğular və platformalar) monitorinqində peyk təsvirlərindən istifadə olunacaq.
Energetika Nazirliyi və SOCAR birgə neft-qaz boru kəmərlərinin CİS-də qeydə alınmasında və məlumat bazasının yaradılmasında peyk təsvirlərindən istifadə edəcək.




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Bu il önəmli infrastruktur layihələri icra olunub
14.12.2018
Azərbaycanda 760 Rusiya kapitallı şirkət fəaliyyət göstərir
14.12.2018
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılıb
14.12.2018
Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb
14.12.2018
Prezident Kürdəmirdə yol tikintisinə ilkin olaraq 2,82 milyon manat ayırıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info