Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
Tarix: 17.11.2018 | Saat: 10:30:00 | E-mail | Çapa göndər


Əgər fransalı deputatlar özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin “rəhbəri” kimi təqdim edən Bako Saakyanla görüşəcəklərsə, bu, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq.
Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza B.Saakyanın Fransaya səfərini şərh edərkən deyib.
O bildirib ki, B.Saakyanın Fransaya səfəri özü-özlüyündə qeyri-adi hadisə deyil:
“O, ABŞ və Rusiyaya da səfər edib. Amma bu, nə Minsk qrupunun vasitəçilik səylərinə, nə də Azərbaycanın həmsədr ölkələri ilə münasibətlərinə təsir göstərməyib”.
M.Brayzanın sözlərinə görə, Azərbaycan hər üç ölkənin vacib tərəfdaşı və dostudur, və əhəmiyyəti getdikcə artır:
“Əlbəttə, əgər Fransa hökuməti və parlamenti Saakyanı rəsmi şəxs qismində qarşılasa, bu, Azərbaycanla Fransa arasında münasibətlərdə gərginliyə səbəb ola bilər. Mən gözləmirəm ki, bu baş versin. Amma bəzi parlamentarilər fərdi olaraq Saakyanla görüşə bilərlər ki, mən bunu yersiz və Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd hesab edirəm”.




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Mühacir açılımı Əli Kərimlini niyə narahat edir?
20.05.2019
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb
20.05.2019
Müxalifət daxilində agent davası
20.05.2019
İspaniya və Portuqaliyada yaşayan azərbaycanlıları əlaqələndirmə şuraları təsis edilib
19.05.2019
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info