Əvvəlki ilin məzunları imtahanların hər iki mərhələsində iştirak etməlidirlər
Tarix: 17.11.2018 | Saat: 13:51:00 | E-mail | Çapa göndər



Hər il keçirilən imtahanlarda əsasən həmin ilin məzunları iştirak edirlər. Bu, 60 faiz, hətta elə olub ki, 70 faiz təşkil edib. Əvvəlki ilin məzunları da bu imtahanların həm birinci, həm də ikinci mərhələsində iştirak etməlidirlər.

AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, birinci mərhələdə - buraxılış imtahanında onlar üç fəndən imtahan verəcəklər. İkinci mərhələ qəbul imtahanıdır. Həmin mərhələdə də onlar iştirak etməlidirlər. Təbii ki, elə məzunlar var ki, onlar yalnız qabiliyyət tələb edən ixtisasları seçirlər. Elə məzunlar var ki, ali məktəbə deyil, orta ixtisas məktəblərinə, texniki məktəblərə, kolleclərə qəbul olunmaq istəyirlər. Onlar üçün kifayətdir ki, birinci mərhələdə olan imtahanları versinlər. Həmin ballarla onlar qabiliyyət tələb edən ixtisasa aid imtahan verirlər, ya da orta ixtisas məktəbinə qəbul olunurlar. Əgər onlar ali məktəblərə qəbul olmaq istəyirlərsə, ikinci mərhələdə də iştirak etməlidirlər.
“Ümumiyyətlə, mən bu il imtahana hazırlaşan abituriyentlərə, onların valideynlərinə və müəllimlərə müraciət edirəm ki, yeni model imtahanlarla əlaqədar məlumatları rəsmi mətbu orqanımız "Abituriyent" jurnalından və rəsmi saytımızdan, "Facebook" səhifəmizdən əldə etsinlər. XI və IX sinfin buraxılış imtahanlarına aid olan xüsusi "Abituriyent" jurnalının nömrələri dərc olunub və siz onları əldə edə bilərsiniz”, - deyə M.Abbaszadə bildirib.




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
14.12.2018
UNEC ilə BFB təhsil, elm və təlim-tədris sahəsində birgə əməkdaşlığa başlayır
14.12.2018
“Azərbaycan dünyanın ən gözəl, zəngin ölkələrindən biridir”
14.12.2018
Naxçıvan Dövlət Universitetinin tələbələri Araz Elm və İstehsalat Birliyində olublar
14.12.2018
Alimin vəfatından 19 il keçir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info