Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
Tarix: 17.11.2018 | Saat: 16:15:00 | E-mail | Çapa göndər



“Ötən aylar ölkəmizin xarici əlaqələrinin inkişafı baxımından dərin narahatlıq yaradır”.
Bu barədə Ermənistanın sabiq müdafiə naziri Viqen Sarkisyan özünün şəxsi “Facebook” səhifəsində yazıb. Sarkisyanın “news.am” saytında da yer alan yazıda deyilir: “Biz tez-tez dövlət rəsmiləri tərəfindən «Vətəndaş müqavilə»sinin ölkənnin xarici əlaqələrinin inkişafı uğrunda gərgin işlədiklərini eşidirik. Diqqətəlayiqdir ki, son vaxtlar erməni hakimiyytində olanlar Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyindən çıxma tələblərinin yanlış olduğunu qəbul etməyə başlayıblar.
Bir tərəfdən, Rusiya ilə strateji müttəfiq əlaqələr, Avropa Birliyi ilə çərçivə razılaşması, ABŞ ilə geniş bir ortaqlıq, İran və Gürcüstanla yaxşı qonşuluq əlaqələri, Çin ilə dərin bir dialoq, KTMT və Avrasiya İqtisadi Birliyində əhəmiyyətli rol oynayır. Digər tərəfdən, Frankofone təşkilatında başçılıq. Müvəffəqiyyətin formulası bilikdir, hər şeyin ölçüsü, davamlı iş, bacarıqlı komanda.
Bunların hamısını yalnız səsləndirilən ifadələr qorumaq mümkün deyil. Həqiqi niyyət həyata keçirdiyin əməllərlə əldə edilir. Ötən aylar ölkəmizin xarici əlaqələrinin inkişafı baxımından dərin narahatlıq yaradır. Biz elə bir bölgə və zamanda yaşayırıq ki, bizim atacağımız hər bi səhv addım sonumuzu yaxınlaşdıra bilər. Ona görə də biz Ermənistanın uzunmüddətli maraqlarına əsaslanan balanslaşdırılmış xarici siyasətin faydası üçün çalışacağıq”.
Xatırladaq ki, Ermənictandakı “məxməri inqilab”dan sonra Viqen Sarkisyanın da təmsil olunduğu Respublikaçılar Partiyasının Nikol Paşinyana qarşı təsirli bir müxalifət yarada bilmədiyi barədə fikirlər səslənirdi. Hətta bəzi Rusiya siyasətçiləri Respublikaçılar Partiyasının siyasətdə qalması üçün “yenidən başlama”nın (sıfırlama) vacibliyini “təklif edirdilər”. Onların bir çoxu isə “sıfırlama”dan sonra Viqen Sarkisyanın partiyanın sədirliyinə ən real namizəd gördüklərini də gizlətmirdilər. Bəlkə də elə bunları nəzərə alan Viqen Sarkisyan partiyadaşlarına “xalqdan inciməməyi” və yeni vəziyyətdə xalqa xidmətin “yeni statusu”nu tapmağın lazım olduğunu “məsləhət görmüşdü”.
Belə görünür ki, artıq o da Ermənistanda artıq çoxalmaqda olan digər siyasətcilər kimi, Paşinyan və onun komandasının qürubunun yaxınlaşdığını hiss etməyə başlayıb.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Misir-Azərbaycan Dostluq parkında ulu öndər yad edilib
12.12.2018
“Heydər Əliyev və Özbəkistan”
12.12.2018
“Ermənistandakı seçkilər Moskvanın maraqlarına böyük zərbə vurdu”
12.12.2018
İnsan haqları müdafiəçisi: “Ermənistan polisi mediaya təzyiq edir“
12.12.2018
Polşanın “sarı jiletlər“i yolu bağladı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info