Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
Tarix: 17.11.2018 | Saat: 17:55:00 | E-mail | Çapa göndər



Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun təlimatçı qismində iştirak etdiyi snayper hazırlığı kursunda şəxsi heyətə kəskin relyef və iqlim şəraitində fəaliyyət göstərmək üçün dözümlü, təmkinli və yüksək fiziki hazırlığa malik olmaq kimi xüsusiyyətlər aşılanıb.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, kurs zamanı snayper tüfənglərindən müxtəlif məsafələrdə yerləşən hədəflərə atışlar icra edilib.
Növbəti snayper hazırlığı kursunun uğurla başa çatması münasibətilə keçirilən mərasimdə Türkiyə və Azərbaycan Respublikalarının Dövlət himnləri səsləndirilib.
Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Tehran Mənsimov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin baş çavuşu Murad Bayraqdar dostluq və qardaşlığın əyani göstəricisi olan növbəti kursda qazanılan nailiyyətlərdən danışıblar. Qeyd olunub ki, məşğələlər zamanı hədəfin aşkar edilməsi, hədəfə gizli yaxınlaşma, atəş mövqeyi seçmə, maskalanma, atəş üçün ilkin məlumatların hazırlanması, sərrast atəşlə şərti hədəfin məhv edilməsi və digər fəaliyyətlər məşq etdirilib.
Mərasimdə məzunlar adından çıxış edən kurs birincisi, kiçik çavuş Vidadi Məmmədxanov bildirib ki, məşğələlərdə snayperlərin çətin ərazi və hava şəraitində saatlarla müşahidə aparma, həyatda qalma və dəqiq atəşaçma bacarıqları təkmilləşdirilib. O deyib: “Kursda qazandıqlarımız nəticəsində ən çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə hazırıq”.
Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Teymur Eyyubov kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək bildirib ki, hər iki qardaş ölkənin hərbi qulluqçularının kurs zamanı keçirilən məşğələlərdə peşəkarlıq nümayiş etdirmələri hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunun əyani göstəricisidir.
Çıxışlardan sonra kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar və döş nişanları təqdim edilib.
Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub.




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15.06.2019
Birinci vitse-prezident Mehriban Əliyeva: Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir
15.06.2019
“Azərxalça”nın filiallarında Milli Qurtuluş Günü qeyd olunub
15.06.2019
Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi: Prezident xüsusi təyyarə ayırıb
15.06.2019
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu Öndərin tarixi xilaskarlıq missiyası

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info