Ketevan Tsixelaşvili: Azərbaycanlı qadınların Gürcüstanın ictimai-siyasi həyatındakı fəallığı qürurvericidir
Tarix: 17.11.2018 | Saat: 19:26:00 | E-mail | Çapa göndər



Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Ketevan Tsixelaşvili noyabrın 17-də Marneuli şəhərində Marneuli, Bolnisi və Dmanisidə yaşayan, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən azərbaycanlı qadınlarla görüşüb.

Nazirliyin Kvemo Kartli bölgəsi üzrə müşaviri Ayaz Məmmədov AZƏRTAC-a bildirib ki, görüşdə bələdiyyələrdə və ictimai həyatın müxtəlif sahələrində çalışan qadınlar dövlət nazirinə və onun müavininə bölgələrdə mövcud problemlər barədə ətraflı məlumat veriblər.
Ketevan Tsixelaşvili görüş iştirakçılarına vətəndaş cəmiyyətində fəal iştirak etdikləri üçün təşəkkür edib. Qaldırılan məsələlərin araşdırılacağını və onların həllinə çalışacaqlarını bildirib. Qeyd edib ki, azərbaycanlılar Gürcüstanın ictimai-siyasi həyatında fəal rol oynayırlar. Müxtəlif sahələrdə çalışan azərbaycanlı qadınlar da bölgənin inkişafına kömək edirlər. Onların bu fəallığı qürurvericidir. “Bu, bir daha bizim tarixi Vətənimizin inkişafı naminə birliyimizi sübut edir”, - deyə K. Tsixelaşvili vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
“iOS 13” sistemli “iPhone” pasportu əvəzləyəcək
16.06.2019
Argentina və Uruqvay işiqsız qaldı
16.06.2019
Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 93 milyon dollara çatıb
16.06.2019
“ICOMOS” Prosekko təpələrinin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsini tövsiyə edib
16.06.2019
Türkiyədə baş verən qəzada ölənlər və yaralananlar var

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info