Azərbaycanın U-19 millisi gürcüstanlı həmyaşıdlarını məğlub edib
Tarix: 18.11.2018 | Saat: 02:11:00 | E-mail | Çapa göndər



Noyabrın 17-də 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Tbilisi şəhərindəki Mixail Mesxi adına stadionda Gürcüstan yığması ilə qarşılaşan komandamız 1:2 hesabı ilə qalib gəlib.
Hesabı 45+1-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Levan Xarabadze açıb. Lakin oyunun 66-cı dəqiqəsində Tural Bayramov bərabərlik, 70-ci dəqiqəsində isə Zahid Mərdanov qələbə topunu vurub.
Qrupun digər oyununda İsrail Lixtenşteyni eyni hesabla məğlub edib.
U-19 qrupda son oyununu noyabrın 20-də Lixtenşteynə qarşı keçirəcək.
Qeyd edək ki, Azərbaycan millisi ilk turda İsrailə uduzub - 1:4. Hazırda İsrail 6 xalla birinci pillədə qərarlaşıb. Azərbaycan və Gürcüstan yığmaları isə hərəyə 3 xalla sonrakı 2 yeri tuturlar. Sonuncu pillədə isə aktivində xalı olmayan Lixtenşteyn komandası qərarlaşıb.




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub
13.12.2018
Çempionlar Liqası: “Real Madrid” öz meydanında böyük hesabla uduzub
12.12.2018
Türkiyənin məşhur jurnalisti kikboksinq federasiyasının idarə heyətinin üzvü oldu
12.12.2018
UEFA Çempionlar Liqası: nəticələr
12.12.2018
UEFA Çempionlar Liqası: “Qalatasaray” İstanbulda “Portu”ya məğlub olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info