İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
Tarix: 18.11.2018 | Saat: 13:47:00 | E-mail | Çapa göndər


Son 22 il ərzində İsveçrədən Azərbaycana investisiyaların həcmi 851,9 milyon dollar təşkil edib.
Trend-in məlumatına görə, bunu İsveçrə mətbuatına müsahibəsində Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfiri Xanım İbrahimova deyib.
Səfir bildirib ki, Azərbaycandan İsveçrəyə investisiyaların həcmi 1,1 milyon dollara bərabər olub.
Onun sözlərinə görə, Azərbaycanda xidmət, ticarət, tikinti, sənaye, nəqliyyat, bankçılıq və sığorta kimi sahələrdə İsveçrə kapitalı ilə 67 şirkət fəaliyyət göstərir.
İki ölkə arasında iqtisadi münasibətlərdən danışan səfir qeyd edib ki, gələn ilin əvvəlində Berndə birgə iqtisadi komissiyanın iclası, eləcə də biznes forumun keçirilməsi planlaşdırılır.
X.İbrahimova vurğulayıb ki, iqtisadi sahələrdə uğurlar sayəsində Azərbaycan investisiya qəbul edən ölkədən investor ölkəyə çevrilib:
“Bir neçə il əvvəl SOCAR İsveçrə enerji bazarına daxil olaraq “Exxon Mobil”ə məxsus ESSO yanacaqdoldurma stansiyalarını əldə edib. Hazırda İsveçrədə SOCAR brendi ilə 172 yanacaqdoldurma stansiyası fəaliyyət göstərir”.
Səfir onu da xatırladıb ki, 2017-ci ildə Azərbaycandan İsveçrəyə qeyri-neft ixracı 143 milyon dollar təşkil edib və bununla da İsveçrə Türkiyə və Rusiyadan sonra Azərbaycandan qeyri-neft məhsullarının 3-cü ən iri idxalatçısına çevrilib.




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
Azərbaycan 2019-cu ildə yeni bazarlara fındıq ixrac edəcək
10.12.2018
Prezident Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib
10.12.2018
“AtaTravel” və “Edem Resort”dan xüsusi aksiya
10.12.2018
Avtomobildə külli miqdarda pirotexniki vasitə aşkarlanıb
10.12.2018
Vergi Məcəlləsinə son dəyişikliklər kimlərin xeyrinə olacaq?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info