“Milli şura” bir aydan sonra dağılacaq”
Tarix: 09.07.2013 | Saat: 22:13:00 | E-mail | Çapa göndər


Azərbaycan cəmiyyətində müxalifəti birləşdirməyə can atmaq istəyən bütün qüvvələr sonda bu düşərgənin parçalanmasına səbəb olurlar. Çünki bu adamlar həm şəxsi ambisiyalarını, həm də maddi maraqlarını dövlət maraqlarından üstün tuturlar. Müxalifətin toplandığı iddia olunan “milli şura” isə artıq “ictimai palata” və digər qurumlar kimi iflasa uğramaq üzrədir.
“Milli şura” daxilində vahid namizədliklə bağlı məsələdə aşkar narazılıqların baş qaldırması buna sübut ola bilər. Siyasi şərhçi Cümşüd Nuriyev “Palutra”ya müxalif düşərgədə baş verən son olaylarla bağlı danışaraq “milli şura”nın da digər qondarma qurumlar kimi dağılacağını söylədi:

“Bu qurum Eldar Namazov-Əli Kərimli duetinin İsa Qəmbərə qarşı hazırladığı taktiki gediş idi”

“Son zamanlar güclü birlik olduğu iddia olunan “milli şura”da ciddi narazılıqlar baş qaldırıb. Təhlillər göstərir ki, bu qurum müxalifəti birləşdirmək əvəzinə daha da dağıdacaq. “Milli şura”da narazılıqların baş qaldırmasının çox səbəbi var. Bu birlikdə bir qrupun siyasətdə baş ağartması, digərinin isə Rüstəm İbrahimbəyov kimi “bığ yeri yeni tərləyən siyasətçi” olması ciddi fikir ayrılıqları yaradıb. Əslində “mili şura” Eldar Namazov-Əli Kərimli duetinin İsa Qəmbərə qarşı hazırladığı taktiki gediş idi. Çünki, əvvəlcə bunu “ziyalılar forumu” kimi ərsəyə gətirdilər. Sonra birliyi “El” hərəkatı formasına gətirəndə də bir iş çıxmadı. İndi isə “milli şura”nı İsa Qəmbərə qarşı formalaşdırdılar”.
Politoloq deyir ki, “milli şura”ya əsasən sabiqlərin toplantısı da demək olar. Bura bir vaxtlar iqtidarda təmsil olunmuş və oradan bir növ yarıtmaz fəaliyyətlərinə görə ya hakimiyyəti itirib, ya da vəzifədən uzaqlaşdırılan insanlar toplanıb: “Bu qurumu müxaliflərin çayxana görüşü də adlandırmaq olar. Bu gün belə birlik formasının seçilməsinin özü çox uğursuzdur. Azərbaycan tarixində “milli şura” daha çox seçim orqanı, parlament tipli bir qurum olub. İndi Eldar Namazov-Əli Kərimli cütlüyü bunu şəbədəyə çeviriblər. Onlar Azərbaycanın həm 1918-ci il, həm də 90-cı illərdə tətbiq etdiyi formanı biabırçı vəziyyətə saldılar. Bu qurumun əvvəlcədən qeyri-müəyyən fəaliyyətinə görə gərginliklər yaşayacağı məlum idi. Nəzərə alsaq ki, birliyin sədri Rüstəm İbrahimbəyov, aparat rəhbəri isə Eldar Namazovdur, onda qurumda hansı çaxnaşmaların yaşanacağını təsəvvür etmək çətin olmaz. Ümumiyyətlə, dünya praktikasında hansısa qeyri-hökumət təşkilatının aparat rəhbəri deyilən bir qolu yoxdur. Bu, başdan ayağa qurama, saxta işlərlə özlərini cəmiyyətə sıramaq istəyən qurumun formalaşdırılmasıdır.
Birlikdəki qarşıdurmalar və fikir ayrılıqlarının əsas səbəbləri sadalanan amillərlə yanaşı milli maraqları satmaq və başqa dövlətlərin tapşırıqlarını icra etməklə bərabər, həm də bir özünəaşiqlik və siyasi qısqanclıqdır. Bir növ publikanı görən kimi Rüstəm İbrahimbəyov özünü elə aparır ki, guya artıq prezidentdir. Hətta müxalifət bir az da çaşıb irəli gedərək onun cənab Prezidentlə xəyali olaraq debatını da təşkil edir.
Əvvəla, Rüstəm İbrahimbəyov siyasətdə Prezident İlham Əliyevin atılan dırnağı deyil. İkincisi isə, o, Prezidentin beşinci vəkilinin səviyyəsində olan şəxs də deyil. Bundan başqa bu adam tanınmış şəxs olsa da, hazırkı iqtidar həmişə ona qarşı müsbət davranıb. İndi naşükürcəsinə müxalif mövqedə dayanmaq anormal görünür”.

“Orada təmsil olunanların böyük əksəriyyəti vətəndaş sülhü və politoloji analizin nə olduğunu bilmir”

Cümşüd Nuriyevin deməsinə görə, Rüstəm İbrahimbəyovun birdən-birə yalançı demokratiya carçısı olmasının pərdəarxası məqamları var: “Bu şəxs Azərbaycan siyasətində ABŞ-ın çömçəsi, Rusiyanın da zopasıdır. Əldə bir vasitə olan Rüstəm İbrahimbəyovun təcrübəsiz bəyanatları da “milli şura”da narazılıqları artırır. Ümumiyyətlə, nəinki Rüstəm İbrahimbəyov, “milli şura”da təmsil olunanların böyük əksəriyyəti vətəndaş cəmiyyətinin qurulması, vətəndaş sülhü və politoloji analizin nə olduğunu bilməyən şəxslərdir. 130 nəfərin içində cəmi 4-5 nəfər ixtisasca politoloq var ki, onlara da yerdə qalan 100 nəfər danışmağa imkan vermir. Burada hər kəs öz partiyasının, öz havadarının təbliğatı ilə məşğuldur. Özlərinə rəhbər seçdikləri Rüstəm Ibrahimbəyov isə hələ heç bir səlahiyyət sahibi olmamış bildirir ki, qisasçıdır, onu tənqid edənlərdən heyf çıxacaq. Müxalifətin özünə belə kinli, qısqanc, özündən ağıllıları sevməyən, kosmopolit şəxs seçməsi onların hansı səviyyəyə enməsinin göstəricisidir. Azərbaycan torpağında erməni yaşadığı üçün onu erməniyə vermək məsələsini gündəmə gətirən Rüstəm İbrahimbəyovdan hansı təhlükələr gələcəyini təsəvvür etmək çətin deyil”.

“Rüstəm İbrahimbəyov milli mentalitetdən uzaqdır və islam dəyərlərini də qiymətləndirə bilmir”

Politoloq onu da vurğuladı ki, “milli şura”da əsas narazılıq mənbəyi olan Rüstəm İbrahimbəyov milli mentalitetdən də uzaqdır və islam dəyərlərini də qiymətləndirə bilmir. O, aşkar bəyan edir ki, paytaxt pis günə qalıb, çünki bura rayondan, kənddən axın var, onlar hər şeyi pozur: “Bu adamın psixoloji durumunda da çatışmazlıq var. Onun indi psixoloqa ehtiyacı var, nəinki siyasətə. Bu şəxs çox gözəl bilir ki, Rusiya qanunvericiliyinə görə, 6 aydan tez vətəndaşlığın pozulması mümkünsüzdür. Yalnız çıxıb indi deyir ki, mən vətəndaşlıq məsələmi həll etməyə çalışıram. Bu problemin həlli dekabrdan tez olmayacaq. Bu isə ortaya çıxarır ki, oktaybrda o, seçkilərdə namizəd kimi qeydə alına bilməz. Bu azmış kimi bu yaşında özünü ziyalı sayan bu şəxs Azərbaycanı qarışdırmaqla məşğuldur. Rejissor olan Rüstəm İbrahimbəyov artıq qaşıqdan “siyasi çömçə”yə çevrilir. O, ağlına nə gəlib, xəyalında nə qurursa, onu da Azərbaycan cəmiyyətinə sırımaq istəyir. Bütün bunlar üzdə olan faktlar və olaylardır. Bu səbəbdən də “milli şura” deyilən bu qurumda olanların da Rüstəm İbrahimbəyovu qəbul etməsi ondan geri qalmamalarını göstərir. Görünən dağa nə bələdçi? “Milli şura”da olanların 90 faizi bu milləti bir dəfə artıq aldadıb. Bir xalq ikinci dəfə niyə aldansın? Qısası, belə rəhbəri olan və bu tip insanların toplaşdığı bir qurumun mən bir aydan sonra dağılacağını proqnozlaşdırıram”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info