Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
Tarix: 18.11.2018 | Saat: 16:11:00 | E-mail | Çapa göndər



“Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik olan ölkədir. Təəssüf ki, indiyədək Azərbaycanda olmamışam. Amma Azərbaycana səfər etmək arzusundayam. Azərbaycana ged
ərək Qafqaz dağlarının gözəlliklərini seyr etmək istərdim.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Çinin kurort zonası olan Xaynan adasının Sanya şəhərinin meri A Dun deyib. O, Sanya şəhərində keçirilən 3-cü beynəlxalq mədəni sənaye sərgisi vasitəsilə Azərbaycanla əlaqələr qurmağa başladığını bildirib.
“Mən inanıram ki, Çin ilə Azərbaycan arasında münasibətlər davamlı olaraq inkişaf edəcək. Sanya şəhəri də bu gözəl münasibətlərdən bəhrələnərək, Azərbaycan ilə əməkdaşlığı genişləndirəcək. Dostluq və əməkdaşlığın inkişafı üçün şəhərimizin nümayəndə heyətinin Azərbaycana səfərini təşkil edərək, ölkənizdə müvafiq görüşlərin keçirilməsini düşünürük”, - deyə A Dun söyləyib.
Mer ümidvar olduğunu bildirib ki, gələcəkdə Azərbaycandan olan çoxlu sayda qonaq və turist Sanyaya səfər edərək, şəhərin gözəlliklərindən zövq alacaq. Bu cür qarşılıqlı turist səfərləri iki ölkə arasındakı münasibətlərə də öz töhfəsini verəcək.




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Politoloq: Ermənistanda növbəti marionet hakimiyyət formalaşdı
08.12.2018
AZƏRTAC mötəbər informasiya mənbəyidir
08.12.2018
Rusiya neft hasilatını sutkada 228 min barrel azaldacaq
08.12.2018
Gənclərin uğur qazanmasında könüllülük fəaliyyətinin rolu böyükdür
07.12.2018
Azərbaycanın insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı digər ölkələrə də nümunədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info