Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
Tarix: 18.11.2018 | Saat: 17:21:00 | E-mail | Çapa göndər



Noyabrın 17-də saat 16 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) təxmini sayı 150 nəfərə qədər olan üzvü Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən əvvəlcədən xəbərdarlıq edilmələrinə baxmayaraq, özlərinin adlandırdıqları “Meydan hərəkatı”nın 30 illiyi ilə əlaqədar, əslində isə siyasi məqsədlərlə paytaxtın Parlament prospektinə toplaşmaqla Şəhidlər xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstərib.

Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, ərazidə xidmətdə olan polis əməkdaşlarının operativ şəkildə həyata keçirdikləri qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayiət olunan icazəsiz yürüş-mitinqin qarşısı alınıb və aksiyanın 52 nəfər iştirakçısı Səbail Rayon Polis İdarəsinə gətirilib. Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxılıb, AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə inzibati protokollar tərtib olunub və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndəriləcək.




 
Bölməyə aid digər xəbərlər
07.12.2018
Qulam İshaqzai: “Azərbaycan insan hüquqlarının qorunması sahəsində çox fəaldır”
07.12.2018
“Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub
07.12.2018
Könüllülərin həmrəylik festivalı keçirilib
07.12.2018
Səttar Mehbalıyev növbəti müddətə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib
07.12.2018
Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüş

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info