UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
Tarix: 18.11.2018 | Saat: 21:13:00 | E-mail | Çapa göndər



Noyabrın 18-də UEFA Millətlər Liqasının qrup mərhələsinin son turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış oyunu Londondakı “Uembli” stadionunda keçirilib. Burada İngiltərə millisi son dünya çempionatının finalçısı Xorvatiya seçməsini qəbul edib. Gərgin idman mübarizi şəraitində keçən matçın birinci hissəsində hesab açılmayıb.
İkinci hissədə ingilislərin üstün futbol nümayiş etdirmələrinə baxmayaraq, hesabı qonaqlar açıblar. “Dumanlı albion” futbolçularını əks hücumda yaxalayan xorvatlar Andrey Kramariçin qolu ilə hesabda önə keçiblər - 0:1. Qoldan sonra hücuma atılan ingilislər matçın 78-ci dəqiqəsində hesabı bərabərləşdiriblər. Meydanda yenicə daxil olmuş Cesi Lingard Hari Keynin ötürməsini qola çevirib - 1:1. Matçın 85-ci dəqiqəsində isə komandanın kapitanı Hari Keyn özü fərqlənərək qələbə topunu vurub - 2:1. Oyun elə bu hesabla başa çatıb.
Bu qələbədən sonra İngiltərə millisi xallarının sayını 7-yə çatdıraraq A liqasının 4-cü qrupunu lider kimi başa vurub və pley-off mərhələsinə vəsiqə qazanıb. Xorvatiya milli komandası isə A liqasını tərk edib.




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
İki idmançımız Tunisdə dünya çempionu olub
18.06.2019
Azərbaycanın iki güləşçisi Avropa çempionu olub
18.06.2019
UEFA Avropa Liqası: “Neftçi” və “Səbail” klublarının rəqibləri müəyyənləşib
18.06.2019
“Qarabağ“ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi: Albaniyanın “Partizani“ klubu
18.06.2019
Ölkəmizi uğurla təmsil etməyə çalışacam

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info