Ermənistanda cinayətlərin sayı artır
Tarix: 18.11.2018 | Saat: 23:09:00 | E-mail | Çapa göndər



Ermənistan Statistika Komitəsi 2018-ci ilin yanvar-sentyabr aylarında ölkə ərazisində baş verən cinayət hadisələrinə dair məlumat yayımlayıb. Məlumata görə, bu ərəfədə Ermənistanda 16,277 cinayət qeydə alınıb ki. bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,723 cinayət işi çoxdur.
Maraqlıdır ki, baş verən cinayət hadisələrinin 462 -si hökumətə, ölkədəki idarəetmə orqanlarına qarşı edilən cinayət hadisələridir. O da maraqlıdır ki, baş verən cinayətlərin əksəriyyəti İrəvanda, regionlarda isə - Kotayk şəhərində törədilib.

Qeyd edilməlidir ki, erməni vəkil Norayr Norikyan Milli Statistika Xidmətinin dərc etdiyi məlumatları ölkə üçün təhlükəli hesab edir. Vəkilin sözlərinə görə, bu statistik artım bir neçə səbəbə malik ola bilər(?).
Erməni hüquq müdafiəçisi Janna Aleksanyan isə Ermənistanda baş alıb gedən cinayət hadisələrinə görə, ölkənin hüquq-mühafizə orqanlarını günahlandırır. O, bütün bunların kökündə erməni polisinin yarıtmaz fəaliyyətinin dayandığını bildirir.
Ən önəmlisi isə hər iki erməninin, həm Norikyanın, həm də Aleksanyanın Ermənistanda baş verən cinayət hadisələrinin günahkarı kimi sabiq hakimiyyəti, onun dövründə yaşanan cəzasızlıq mühitini göstərmələridir.
Qəribədir, bu ilin son 7 ayı ərzində Ermənistanda baş verən cinayət hadisələrini sabiq erməni hakimiyyətinin ayağına yazmaq nə qədər dogrudur? Bəli, biz burada Serj Sarkisyana haqq qazandırmaq niyyətində deyilik. Çünki sabiq erməni rəhbərinin “qiyməti”ni elə onun öz xalqının nümayəndəsi vermişdi. Xatırladaq ki. Sarkisyan baş nazir olan ərəfədə Ermənistanda fəaliyyət göstərən “Erkir Tsirani” partiyasının sədri Zarui Postancanyan İrəvanda keçirdiyi mətbuat konfranslarının birində “Sarkisyanın yeri baş nazir kürsüsü deyil, müttəhimlər kürsüsüdür. Onun əsl yeri islah əmək düşərgəsidir. Sarkisyan oğru və canidir”-deyə bildirmişdi.
Məhz buna görə də, də unutmaq lazım deyil ki, indiki baş nazir Nikol Paşinyan da hələ ki, bir vaxtlar Sarkisyanın oturdugu kürsüdə oturur.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
Ermənistanda seçicilərin yarıdan çoxu seçkidə iştirak etmədi
10.12.2018
Gürcüstandakı Ahıska türkləri ilə görüş olub
10.12.2018
Norveçdə Radio İnter FM-in 30 illiyi qeyd edilib
10.12.2018
Paşinyanın heykəlini dağıtdılar
10.12.2018
Ermənistanda keçirilən seçkilərin heç birində belə az sayda seçici fəallığı olmamışdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info