Vaşinqtonda Azərbaycan Mədəniyyət Günü keçirilib
Tarix: 18.11.2018 | Saat: 23:24:00 | E-mail | Çapa göndər


ABŞ-ın ən nüfuzlu təhsil ocaqlarından sayılan Corc Vaşinqton Universitetinin Tekstil Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar tədbirlər çərçivəsində Azərbaycan Mədəniyyət Günü keçirilib.
Trend-ə ölkəmizin ABŞ-dakı səfirliyindən verilən məlumata əsasən, universitetin tələbə və müəllim heyəti, yerli ictimaiyyət və Azərbaycan icması nümayəndələrinin iştirak etdiyi tədbir həmin universitetdə oxuyan Azərbaycanlı tələbələrin assosiasiyası tərəfindən ölkəmizin ABŞ-dakı Səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatasının nəzdindəki Mədəniyyət Mərkəzinin dəstəyilə təşkil edilib. Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da iştirak edib.
Tədbirin rəsmi hissəsində fəxri qonaqlar qismində Corc Vaşinqton Universitetinin akademik məsləələr üzrə müavini Tereza Mörfi və Beynəlxalq xidmət ofisinin direktoru Cenifer Donağ çıxış edərək Azərbaycan heyətini salamlayıb, ölkəmizin zəngin mədəniyyətinin dünyada tanındığını, bu tədbirin keçirilməsinin universitetin tələbələrinin dünyagörüşünü genişləndirdiyini, Azərbaycanla daha sıx əməkdaşlıq etmək istədiklərini qeyd edib.
Daha sonra çıxış edən səfir Elin Süleymanov Corc Vaşiqnton Universitetinin rəhbərliyinə və Azərbaycanlı tələbələr assosiasiyasına təşəkkür edib. O, Azərbaycanın strateji coğrafiyada yerləşməsilə yanaşı həmdə müxtəlif mədəniyyətlərin qovuşduğu bir ölkə olduğunu, Azərbaycan cəmiyyətinin mədəniyyətləri daha da zənginləşdirərək tolerantlıq və multikulturalizm prinsip və ənələləri əsasında inkişaf etdirdiyini qeyd edib. Səfir Azərbaycan mədəniyyətini təmsil edən nümunələrin dünyada geniş tanınması barədə danışaraq milli mətbəx, arxitektura və folklor sırasından misallar göstərib. Mədəniyyətimizin əsas sütünlarından olan musiqimiz barədə bəhs edərək hazırda ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin milli müsiqimizin əsas qaynağı olduğunu, həmin bölgə və ətraf yeddi rayonun Ermənistan tərəfindən işğala məruz qaldığından sonra isə oranın musiqi ruhunun da öldüyünü qeyd edib və bu faktı bir daha Dağlıq Qarabağın Azərbaycanın yalnız tərkib hissəsi olmadığını, eyni zamanda ona ruhən bağlılığının təsdiqi olduğunu vurğulayıb.
Dövlət Komitəsinin sədri Fuad Muradov iştirakçıları salamlayaraq Azərbaycan tələbələrinin dünyanın tanınmış universitetlərinin birində belə mədəniyyət gününün keçirməsini təqdirəlayiq hal kimi qiymətləndirib, ölkəmizin zəngin mədəniyyətinin bu sahədə digər ölkələrlə əməkdaşlıq üçün yaxşı zəmin yaratdığını, dövlətimizin hər zaman xaricdə yaşayan soydaşlarımızın yanında olduğunu bildirib.
Bundan sonra Universitetin Azərbaycanlı tələbələri Çilənay Səfərli və Yaşar Əliyev Azərbaycanın mədəniyyətinə dair geniş prezentasiya ilə çıxış edərək müxtəlif sahələrə dair təfərrüatlı məlumatlar verib.
Daha sonra ABŞ-Azərbaycan Ticarət Palatasının nəzdindəki Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Azərbaycan Məktəbinin şagirdləri milli rəqslərimizdən nümunələr göstərmiş və Azərbaycan və inglisicə şerlər səsləndirmişlər. Bundan sonra tədbirdə iştirak edən qonaqla milli yemək və şirniyyat nümunələrindən ibarət ziyafət verilib.
Tədbirin rəsmi hissəsindən sonra müzeydə Azərbaycan mədəniyyətini əks etdirən eksponatlara baxış keçirilib və iştirakçılar çoxsaylı şəkillər çəkdiriblər. Qeyd edək ki. Tekstil muzeyində hazırda tanınmış Azərbaycanlı rəssam Faiq Əhmədin əsərlərindən ibarət sərgi nümayiş etdirilməkdədir. Corc Vaşinqton Universitetində keçirilmiş Azərbaycan Mədəniyyət Günü iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Eyni gündə, ABŞ-ın paytaxtında Vaşinqton və ətraf ərazilərdə yaşayan Azərbaycan icmasının nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanovun iştirakı ilə görüş keçirilmişdir. Bu görüş ölkəmizin ABŞ-dakı Səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə ABŞ-Azərbaycan Ticarət Palatası nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilmişdir.
Səfir Elin Süleymanov soydaşlarımızı salamlayaraq dövlətimizin yaşadığı məkandan asılı olmayaraq bütün vətəndaşlarının hüquqlarını müdafiə etməli olduğunu və bu istiqamətdə çalışdığını qeyd etmişdir. O, hər yerdə olduğu kimi ABŞ-da da icmamızın inkişafına inamla baxdığını söyləmişdir.

Daha sonra görüş çərçivəsində Dövlət Komitəsinin sədri Fuad Muradov tərəfindən ölkəmizin diaspor quruculuğu sahəsində siyasəti barədə geniş məlumat vermişdir. Xaricdə yaşayan soydaşlarımızın yaşadıqları cəmiyyətə daha yaxşı inteqrasiyası və mədəni irsinin qorunması, soydaşlarımızın ümummilli məsələlərdə daha sıx birliyinin irəli aparılması vacib məsələlər kimi qeyd edilmişdir. F.Muradov vurğulamışdır ki, dövlətimiz icma quruculuğu məsələlərinə müraciətlər olduğu təqdirdə, dəstək göstərməyə hazırdır.
Bundan sonra iştirakçılar arasında fikir mümadiləsi aparılmış və icma inkişafı layihələri müzakirə edilmişdir.
Qeyd edək ki, 20 ildən artıq bir müddətdə Vaşinqtonda fəaliyyət göstərən Mədəniyyət Mərkəzi çərçivəsində Azərbaycan Məktəbi fəaliyyət göstərir və bir sıra digər icma quruculuğu layihələri həyata keçirilir.




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
“Türk dünyası” beşcildliyi qazax dilində işıq üzü görüb
25.06.2019
“Türk dünyası” beşcildliyi qazax dilində işıq üzü görüb
25.06.2019
Şəfiqə Məmmədova teatrda müsabiqə komissiyasına rəhbərlik edəcək
25.06.2019
Nəsimiyə həsr olunmuş sənədli filmin regionlarda və paytaxtda təqdimatı keçiriləcək
24.06.2019
Zülfüqar Həbibinin “VAR İDİM MƏN YOXKƏN” adlı kitabı çap olunub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


25.06 22:21 Terror və ekstremizm müasir dünya üçün ən ciddi təhdidlərdəndir. Dünyanın bir çox ölkələrində din amilindən istifadə vətəndaş müharibələrinə, terror hadisələrinə, eyni dinə etiqad edən insanlar arasında qarşılıqlı nifrətə gətirib çıxarır. Hazırda dinlər və sivilizasiyalar arasında toqquşmalar XX əsrdə soyuq müharibə illərindəki ideoloji toqquşmanı əvəz edib. Bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 25-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Müasir çağırışlar: dini durum və vəzifələr“ mövzusunda regional konfransda səsləndirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması istiqamətində görülən işlər barədə danışıb. Azərbaycanın dünyanın çox həssas bir bölgəsində yerləşdiyini bildirən Komitə sədri qeyd edib ki, bu bölgədə müxtəlif dünya dövlətlərinin maraqları üz-üzə gəlir, toqquşur. Müasir dünyanın özünəməxsus çağırışları olduğunu diqqətə çatdıran M.Qurbanlı bildirib ki, həmin çağırışlarla bağlı BMT dünyanın 20-dək problemini müəyyən edib. Onların içərisində demoqrafiya, ekologiya, nüvə müharibəsi təhlükəsi, müxtəlif sağalmaz xəstəliklərin yayılması, su çatışmazlığı, iqlim dəyişkənliyi ilə bağlı və digər problemlər ön sıralarda yer alır. Terrorizm və onun törətdiyi fəlakətlər də dünyanı narahat edən xüsusi problemlər sırasındadır. Bütün dövrlərdə terrorun olduğunu bildirən Komitə sədri vurğulayıb ki, indi terrorun da mahiyyəti dəyişib və terror müxtəlif formalarda təzahür edir: “Müasir terror orta əsrlərin terrorundan kəskin şəkildə fərqlənir. Müasir terror texnoloji nailiyyətlərdən yararlanır. Terror təhlükəsinin dünya problemləri, çağırışları içərisində yer tutması dinlə əlaqədar məsələləri də gündəmə gətirir. Çünki dindən həmin terror təşkilatlarında ideoloji vasitə kimi istifadə olunur. Biz bunu Yaxın Şərq ölkələrində, o cümlədən qeyri-islam ölkələrində görməkdəyik“. Bildirilib ki, indi terror törədilməsi zamanı hər hansı bir sosial ideya deyil, dini amil ortaya çıxır və bu amildən istifadə edərək kütləvi terror qırğınları törədilir. Bu terror hadisələri yalnız müsəlman ölkələrində deyil, digər ölkələrdə də baş verir. Ayrı-ayrı ölkələrdə bu terror əməlləri dindaxili deyil, dinlərarası terror kimi təzahür edir. Din amilindən terror vasitəsi kimi istifadə olunur. İslam dinindən terrorda istifadədə bir neçə məqsədin güdüldüyünü vurğulayan Komitə sədri deyib: “ Bu məqsədlərdən biri İslam daxilindəki məzhəblərarası qarşıdurmanı dərinləşdirməklə gənc nəsildə bir-birinə qarşı nifrət hissi oyatmaq və son nəticədə həmin İslam dövlətində bu məzhəblərarası qarşıdurmadan istifadə edərək ölkəni zəiflətmək, çökdürmək və dağıtmaqdır“. Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərindən söz açan M.Qurbanlı bu modelin dünyada rəğbətlə qarşılandığını deyib: “Ulu Öndərin dövlət-din münasibətləri sahəsində irəli sürdüyü ideyaların, dünyagörüşün, müdrik tövsiyələrin bu günün reallıqları kontekstində oynadığı müsbət rolu daha aydın görürük. Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir“.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info