Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
Tarix: 19.11.2018 | Saat: 09:56:00 | E-mail | Çapa göndər


Azərbaycanın Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə Pakistanın baxımlı televiziya kanallarından biri olan Kay2TV-nin Biznes-Raund proqramının qonağı olub.
Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, daha çox Azərbaycan və Pakistanın iqtisadi-ticari əlaqələrinin inkişafı perspektivlərinə yer verilən proqramda Azərbaycanın Pakistanla bu sahədə də əməkdaşlığının artırılmasında maraqlı olduğu, cari ildə iki ölkə arasında bir çox birgə layihələrin, sərgi, biznes forum və görüşlərin, qarşılıqlı səfərlərin baş tutduğunu, cari ildə ticarət dövriyyəsində artımın müşahidə olunduğu bildirilib.
Səfir həmçinin, Azərbaycanda xarici investorlar üçün yaradılan münbit şərait, kənd təsərrüfatı, sənaye və texnoloji parkların, iqtisadi zonaların fəaliyyətləri haqqında məlumat verib, Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi, ticari, hərbi-texniki, enerji, turizm və digər sahələrdə də əməkdaşlığa öz töhfəsini verdiyini, 2017-ci ildə iqtisadi-ticari və kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün iki birgə işçi qruplarının yaradıldığını, viza rejiminin Pakistan vətəndaşları üçün sadələşdirildiyini və qarşılıqlı investisiya üçün imkanların artdığını qeyd edib.
Səfir Əli Əlizadə həmçinin, Azərbaycan-Pakistan siyasi münasibətlərinin daim inkişafı, hər iki ölkənin bir birinə göstərdiyi dəstək, təhsil sahəsində həyata keçirilən işlər, Azərbaycanın turizm potensialı, mədəniyyəti, terrorla mübarizə sahəsində Pakistanla həyata keçirilən işlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti, təxribatları haqqında da tamaşaçıları məlumatlandırıb.




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasnı qoydu
15.06.2019
Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub
15.06.2019
Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən qurtardı
15.06.2019
Namiq Əliyev: “Pilotlarımızın çevikliyi, təcrübəsi avantüradan yayınmağa imkan verdi”
14.06.2019
Ruhani: Rusiya və İran daha da yaxınlaşmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info