Tələbələrimiz beynəlxalq müsabiqənin Çin üzrə final mərhələsində iştirak ediblər
Tarix: 19.11.2018 | Saat: 12:37:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun tələbələri “Çin dili körpüsü” beynəlxalq müsabiqəsinin Çin üzrə final mərhələsində iştirak ediblər.
ADU-dan bildirilib ki, müsabiqə məktəblilər arasında “Çin dilini öyrən – yeni dünyanı kəşf et” devizi altında təşkil olunub. Müsabiqədə müxtəlif ölkələrdən orta məktəblərin və gimnaziyaların şagirdləri ilə yanaşı, Konfutsi İnstitutunun tələbələri Fidan Mədiyeva və Nəcibə Şükürova də iştirak ediblər. Tələbələr Konfutsi İnstitutunun əməkdaşı Li Changyongun köməyi ilə Çin dilində müxtəlif mövzularda çıxış ediblər. Onlar bu ölkənin mədəniyyəti haqqında sualları cavablandırıb, sonda bədii nömrələr nümayiş etdiriblər. Müsabiqədə mükafatlandırılan tələbələr Çində 6 aylıq təhsil almaq şansı qazanıblar.
Müsabiqənin ardınca ADU-da çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə Çin mədəniyyətini, milli xarakterini aşılamaq üçün “Çin sərgüzəştləri” mövzusunda seminar keçirilib.
Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov tələbələrin Çinə səfəri zamanı Azərbaycanın mədəniyyəti, tarixi və iqtisadiyyatını təbliğ etdiklərini bildirib. R.Abbasov, həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakı dəstəklənir və onların beynəlxalq əlaqələrinin inkişaf etdirilməsinə səy göstərilir.
Tədbirdə çıxış edən Fidan Mədiyeva və Nəcibə Şükürova Çin sərgüzəştlərini, çinlilərin etnik özünüdərki, xüsusilə Çin milli xarakteri, kulinariyası, düşüncə tərzi, eyni zamanda onların milli-psixoloji keyfiyyətləri haqqında fikirlərini bölüşüblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb
16.06.2019
Bu gün 32 mindən çox şagird buraxılış imtahanı verəcək
16.06.2019
Peşəyönümlü siniflərin yaradılması üçün hazırlıq işləri görülür
14.06.2019
Azərbaycanın tarixi yaşının 2 milyon il olduğu sübut olundu
14.06.2019
Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info