Noyabrın 22-i Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyidir
Tarix: 19.11.2018 | Saat: 12:41:00 | E-mail | Çapa göndər


Noyabrın 22-də ölkəmizdə Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi qeyd ediləcək. Yubiley proqramı çərçivəsində Sumqayıtda keçirilən tədbirdə Sumqayıt Apelyasiya Məhkəməsinin yurisdiksiyasında olan məhkəmələrin hakimləri və aparat işçiləri, Sumqayıt və Xaçmaz regional ədliyyə idarələrinin və onların yurisdiksiyasında olan yerli ədliyyə orqanlarının əməkdaşları, həmçinin veteran ədliyyə işçiləri, Sumqayıt şəhərində fəaliyyət göstərən hüquq mühafizə və yerli icra orqanlarının rəhbərləri iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin memarı ümummilli lider Heydər Əliyevin Sumqayıtda ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.
Sumqayıt Dövlət Dram Teatrında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan ədliyyəsinin 100 illik tarixini əks etdirən film nümayiş olunub.
Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edərək, hər il noyabr ayının 22-nin milli dövlətçiliyimizin inkişafında müstəsna rolu olan ədliyyə orqanları işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinin xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu vurğulayıb. Bildirilib ki, zəngin ənənələrə və 100 illik tarixi keçmişə malik Azərbaycan ədliyyəsi məhz Ulu Öndərin rəhbərliyi ilə yenidən formalaşıb və köklü məhkəmə-hüquq islahatlarına başlanılıb. Hazırda həmin islahatlar uğurla davam etdirilir.
Azərbaycan ədliyyəsinin yubileyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi üst-üstə düşməsindən danışan Səadət Bəktaşi qeyd edib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, bugünkü müasir dövlətimizin sələfi qismində müstəqilliyimizin hüquqi-siyasi və iqtisadi əsaslarını formalaşdırıb. Milli hökumətə rəhbərlik edən ziyalılar hələ o dövrdə hüquqi dövlətin formalaşdırılması baxımından ədliyyə və məhkəmə orqanlarının yaradılmasın vacib sayaraq, bu istiqamətdə əməli tədbirlər həyata keçiriblər. Təsadüfi deyildir ki, Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu tarixi gündə – 1918-ci ilin may ayının 28-də Ədliyyə Nazirliyi də təsis edilib.
“Dövlət müstəqilliyimizin bərpa olunduğu ilk illərdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda ciddi sınaqlarla üzləşən Azərbaycan Respublikası məhz Ümummilli Liderin əsasını qoyduğu mütərəqqi islahatlar nəticəsində cəmiyyətin təkamül sistemini, dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsini və təkmilləşdirilməsini davamlı prosesə çevirib”, - deyən Səadət Bəktaşi son 15 ildə yeni dövrün tələblərindən irəli gələn islahatların aparıldığını, qanunvericiliyin təkmilləşdirildiyini, habelə ədliyyə fəaliyyətinin digər müxtəlif sahələri üzrə zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Səadət Bəktaşi hazırda yaranmasının 100 illiyi qeyd edilən ədliyyənin Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində məhkəmə-hüquq islahatları prosesinin keyfiyyətcə və mahiyyətcə yeni səviyyəyə qalxdığını, ədliyyə və məhkəmə infrastrukturunun əhəmiyyətli dərəcədə yeniləndiyini, o cümlədən ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş məhkəmə binalarının inşa edildiyini, əhaliyə göstərilən hüquqi xidmətin keyfiyyətinin və ədalət mühakiməsinin səmərəliliyinin xeyli yüksəldiyini bildirib. O, bu sahədə həyata keçirilən tədbirlər sistemini son 15 ildə inamla davam etdirən ölkə rəhbərinin hüquqi dövlət quruculuğu prosesində müstəsna xidmətləri olan Ədliyyə Nazirliyinin fəaliyyət dairəsinin, statusunun, cəmiyyətdəki rolunun və mövqeyinin əhəmiyyətli dərəcədə yüksəlməsini praktik addımlarla təmin etdiyini xüsusi vurğulayıb.
Tədbirdə Sumqayıt Regional Ədliyyə İdarəsinin əməkdaşı Rüfanə Ömərova “Azərbaycan ədliyyəsinin keçdiyi tarixi yollar” və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sədri İslam Əliyev “İxtisaslaşdırılmış məhkəmələrin yaranması və aparılan islahatlar” mövzularında məruzə ilə çıxış ediblər.
Həmçinin Ədliyyə Nazirliyinin nümayəndəsi Əfqan Ələkbərov, Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov, Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov, ədliyyə veteranları İkram Kərimov, Müzəffər Ağazadə çıxışlarında ədliyyənin tarixindən, ölkəmizdə aparılan uğurlu hüquq islahatlarından söhbət açıb, ədliyyə orqanlarının qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquqlarının etibarlı təmin olunması işində öz vəzifələrini layiqincə yerinə yetirdiklərini vurğulayıblar.
Bayram tədbirində çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından, Sumqayıt şəhərindəki abadlıq və quruculuq işindən danışıb. O, bir qrup ədliyyə işçisini səmərəli fəaliyyətinə görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edib, hədiyyələr təqdim olunub.
Tədbir boyu səhnədə quraşdırılmış monitorlarda Azərbaycan ədliyyəsinin tarixindən və bu günündən bəhs edən, Sumqayıt şəhərinin inkişafını əks etdirən foto və video materiallar nümayiş etdirilib.
Bayram tədbiri respublikanın tanınmış incəsənət ustalarının təqdim etdiyi konsert proqramı ilə başa çatıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Pakistan səfiri Bakı Ali Neft Məktəbində
17.06.2019
Türkiyədə ən çox daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarıdır
17.06.2019
Baş Prokurorluq və DİN rəsmi məlumat yayıb
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
15.06.2019
İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info