KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar
Tarix: 19.11.2018 | Saat: 12:42:00 | E-mail | Çapa göndər


Yeni sistemin tətbiqindən sonra internetə çıxışı olan şəxs istənilən məkandan gömrük-keçid məntəqəsindəki vəziyyət barədə məlumat almaq imkanı əldə edəcək

Bir nəqliyyat vasitəsinə aid olan bütün prosedur bir inspektor tərəfindən həyata keçirilir və proses 10-15 dəqiqəyə başa çatdırılır

Dövlət Gömrük Komitəsi bir qrup kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Azərbaycan Respublikasının Gürcüstanla dövlət sərhədində yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna mediatur təşkil etdi.
Media nümayəndələri üçün təşkil edilən bu səfərin məqsədi jurnalistlərə gömrük prosedurlarını, sərhədkeçmə prosesini, gömrük nəzarətini əyani şəkildə nümayiş etdirmək, bu proseslərin icrası zamanı şəffaflığın tam təmin edildiyi barədə bilgiləndirmək idi.
KİV nümayəndələrinə məlumat verildi ki, gömrük postunda bütün proseslər informasiya-kommunikasiya texnologiyalarının tam tətbiqi ilə minimum vaxt ərzində, asan və şəffaf şəkildə həyata keçirilir. Jurnalistlərə əyani şəkildə göstərilən prosedurlardan birində ölkənin gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı xüsusi müşahidə kameraları ilə gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İnformasiya Sisteminə (VAİS) daxil edildiyi və nəqliyyat vasitəsinin çəkisinin müəyyən edildikdən sonra "bir pəncərə" sistemi vasitəsilə qeydiyyat işləri qısa zamanda başa çatdırıldığını aşkar müşahidə etmək olurdu. Fiziki baxış keçirildikdən sonra isə mexaniki-elektron kilidlə (GPS) təmin edilən nəqliyyat vasitəsi təyinat gömrük orqanına yola salınır və bu proses avtomobil və yükə dair sənədlər qaydasında olduğu halda qısa vaxt ərzində yekunlaşdırılır.

Dövlət Gömrük Komitəsi dövlət sərhədini keçən şəxslər üçün xüsusi maarifləndirici bukletlər hazırlayıb

Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov jurnalistlərə bildirdi ki, Dövlət Gömrük Komitəsi dövlət sərhədini keçən şəxslər üçün xüsusi maarifləndirici bukletlər də hazırlayıb. Onun sözlərinə görə, bukletlərdə ölkəyə idxal olunan mallar barədə ətraflı məlumat verilir. Bu bukletlər üçün xüsusi dolablar hazırlanır və burada həm Dövlət Gömrük Komitəsinin, həm də digər dövlət qurumlarının müvafiq məlumatlandırıcı sənədləri də yerləşdiriləcək. Hazırda layihə pilot mərhələsindədir və tezliklə icra ediləcək.
Dövlət Gömrük Komitəsinin rəsmisi deyib: “Hazırda Dövlət Gömrük Komitəsi (DGK) dövlət sərhədini keçən şəxslər üçün xüsusi maarifləndirici bukletlər hazırlayıb. Bukletlərdə ölkəyə idxal olunan mallar barədə ətraflı məlumat verilib. Qeyd edim ki, ölkəyə idxal olunan mallar 4 növə bölünür. Birinci qrupa güzəştli qaydada keçirilən mallar, ikinci qrupa yazılı formada bəyan edilməli olan mallar, üçüncü qrupa mülki dövriyyəsi məhdudlaşdırılmış mallar və sonuncu - 4-cü kateqoriyaya isə mülki dövriyyəsi qadağan olunmuş mallar daxildir. Burada bütün mallar haqqında ətraflı məlumat verilib. Həmçinin bukletlərdə QR kod yerləşdirilib ki, gömrük yoxlamasından keçən şəxslər mobil telefonda olan oxuyucular vasitəsi ilə məlumat əldə bilərlər. Həmin bukletlər üçün xüsusi dolablar hazırlanır. Həmin dolablarda həm bizim bukletlər, həm də digər dövlət qurumlarının məlumatlandırıcı sənədləri yerləşdiriləcək. Hazırda layihə pilot mərhələsindədir və tezliklə icra ediləcək”.
Azər Abasov onu da bildirdi ki, bu ilin oktyabr ayında "Mazımçay" gömrük postundan 21 mindən çox nəqliyyat vasitəsi keçib. Qeyd edək ki, digər gömrük postlarından fərqli olaraq burada minik və yük avtomobilləri üçün idxal və ixrac xətti eyni olsa da, yaxın zamanda idxal və ixrac xətləri bir-birindən ayrılacaq.
Səfər çərçivəsində jurnalistlər "Mazımçay" gömrük postunun müvəqqəti saxlanc anbarı ilə də tanış oldular. Onlara malların müvəqqəti saxlanc anbarına götürülməsi və təhvil verilməsi ilə bağlı qanunvericiliyin müvafiq müddəaları barədə izahat verildi. Bildirildi ki, tez xarab olan məhsullar üç gün müddətinə, keyfiyyətini itirməyən mallar isə maksimum dörd ay müddətinə bu anbarlarda saxlanılır. Saxlanılan malların sahibləri dörd aydan sonra malları götürmədikləri təqdirdə onlar gömrük qaydalarına uyğun şəkildə məhv edilir.
Qeyd edək ki, anbarda saxlanılan məhsulların arasında Ermənistan istehsalı olan mallar - "Armenia" adı ilə gətirilən müxtəlif suvenirlər, papaqlar, içkilər və Ermənistana aid xəritələr, hətta Ermənistanın məlum yalan dolu təbliğatlarını özündə əks etdirən müxtəlif dillərdə çap olunmuş kitablar də var idi. Media nümayəndələrinin suallarına cavab olaraq bildirildi ki, bu qadağan olunmuş məhsul və digər əyani vəsaitlərin bir hissəsi ölkəyə gələn turistlərdən götürülüb. Ümumilikdə isə bu adda saxlanılan əşyaların sayı 100-ə yaxındır.

Yeni sistem sərhədkeçmə vaxtı sıxlığın yaranmaması üçün balansın qorunmasına şərait yaradacaq

Səfər çərçivəsində yaxın vaxtlarda tətbiq ediləcək yeni layihə - elekton növbə sistemi barəsində də məlumat verildi. Bildirildi ki, bu sistem vasitəsilə vətəndaşlar sərhədi keçməmiş burada sıxlığın vəziyyəti barədə əvvəlcədən məlumat ala biləcəklər. Yeni sistem tətbiq edildikdən sonra internetə çıxışı olan istənilən məkandan gömrük-keçid məntəqəsindəki vəziyyət barədə məlumat almaq imkanı əldə ediləcək. Sistemdə gömrük-keçid məntəqəsindəki sıxlığın vəziyyəti yaşıl, sarı və qırmızı rənglərlə qeyd ediləcək və vətəndaş sıxlığın az olduğu tarixdə sərhədkeçməni həyata keçirə biləcək. Bu sistem həm də sərhədkeçmə vaxtı sıxlığın yaranmaması üçün balansın qorunmasına şərait yaradacaq. “Gömrük buraxılış məntəqələrində sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq. Artıq bu sistemin Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təqdimatı olub. Yeni sistem tətbiq ediləndən sonra vətəndaşlar sərhədi keçməmiş burada sıxlığın vəziyyəti ilə tanış ola biləcəklər. Yeni sistem tətbiq edildikdən sonra vətəndaş evində, yaxud digər istənilən məntəqədə qeydiyyatdan keçib sərhəddəki vəziyyəti müşahidə edəcək. Sıxlığın vəziyyəti yaşıl, sarı və qırmızı rənglərlə qeyd ediləcək və vətəndaş sıxlığın az olduğu tarixdə sərhədkeçməni həyata keçirəcək. Bu isə sərhədkeçmə vaxtı sıxlığın yaranmaması üçün balansın qorunmasına gətirib çıxaracaq"-deyə Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov bildirib.
Azər Abasov bir müddətdir "bir pəncərə" sistemi çərçivəsində həyata keçirilən "bir inspektor - bir nəqliyyat vasitəsi" layihəsi barədə də məlumat verdi və bildirdi ki, bu məqsədlə gömrük əməkdaşlarına xüsusi kurs keçirilib və proses yekunlaşdırılır.
Layihəyə əsasən, bir nəqliyyat vasitəsinə aid olan bütün prosedur bir inspektor tərəfindən həyata keçirilir və proses ümumilikdə 10-15 dəqiqəyə başa çatdırılır. Əvvəl isə 1 nəqliyyat vasitəsinin qeydiyyat proseduruna 4 və daha çox gömrük əməkdaşı cəlb olunurdu. Üstəlik, yeni layihə çərçivəsində qeydiyyat prosedurunun başa çatması sürücünün elektron imzası ilə təsdiqlənir.
Jurnalistlər "Mazımçay" gömrük postundan istifadə edərək ölkə ərazisinə gələn əcnəbi sürücülərdən biri ilə də ünsiyyətdə oldular. Türkiyə vətəndaşı olan Şenol Kurt dedi ki, həm yaradılan şərait, həm effektli asan keçid prosedurları, həm də ümumilikdə gömrük postu ərazisində yaradılan şərait, təmizlik onu qane edir: “Hətta deyərdim ki, bir sıra ölkələrin gömrük postlarından istifadə etmiş biri kimi Azərbaycanın gömrük postu mənim gözümdə birinci yerdədir. Hətta öz ölkəmizi də bu işlərdə müqayisə etsək, Türkiyə belə bəzi gömrük məsələlərində buradan geridədir. Heç bir problemlə rastlaşmırıq, özümüzün problemlərimiz olmasa, gömrük əməkdaşları bizə heç bir sıxıntı, problem yaşatmırlar. Şəxsən mən heç bir səbəbsiz anlaşılmazlıqla rastlaşmamışam, Azərbaycanda dörd ya beşinci dəfədir ki, sürücü kimi daxil oluram və bütün keçid və digər prosedurlardan tam razıyam. Avropa ölkələrində isə problemlərlə rastlaşırıq. Misal üçün Bolqarıstan da Avropa ölkəsidir və oradan keçədə problemlər yaşayırıq. Bu ölkədən keçəndə sıra, mallarla bağlı problemlərlə rastlaşırıq”.
Günün sonunda Gürcüstanla dövlət sərhədində yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postundan xoş təəssüratlarla ayrıldılar.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Xanımlar üçün sosial sahibkarlıq proqramına start verilib
12.12.2018
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilir
12.12.2018
“Bakcell” müsabiqədə qalib gələn məktəbliləri mükafatlandırdı
12.12.2018
DGK kollektivi Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib
12.12.2018
Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info