Gürcüstanda seçkilər: xaricdən gələn səslər həlledici ola bilər
Tarix: 16.11.2018 | Saat: 13:30:00 | E-mail | Çapa göndər


Xaricdə olan 14 minlik elektorat seçkinin nəticəsinə təsir edə bilər: ilk turun nəticələrinə əsasən hakim partiyanın dəstəklədiyi Zurabişvili Vaşadzedən cəmi 14,3 min çox səs çox toplayıb


Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 28-də keçirilmiş prezident seçkilərinin birinci turunun son nəticələrini açıqlayıb. MSK 53 min 847 bülleteni etibarsız sayıb. Amma bu, ümumi nəticələrə təsir etməyib. MSK-nın məlumatına görə, ümumi seçicilərin 46,83 faizi və ya 1 milyon 677 min 878-i səsvermədə iştirak edib. Birinci turun nəticələrinə görə, müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının da dəstəklədiyi Salome Zurabişvili səslərin 38,64 faizini toplayıb. Onun lehinə 615 min 572 nəfər səs verib. “Vahid Milli Hərəkat” partiyasının və birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze isə 37,74 faiz səs toplayıb. Onu 601 min 224 seçici dəstəkləyib. Müxalifətin digər namizədi David Bakradze 10,97 faiz səs toplayıb (174 min 849). Digər namizədlər isə 3 və daha az faiz səs toplayıblar. Beləliklə, noyabrın 28-nə təyin olunmuş ikinci turda Salome Zurabişvili ilə Qriqol Vaşadze prezidentlik uğrunda mübarizə aparacaqlar. İkinci turda 3705 seçki məntəqəsi, o cümlədən xarici ölkələrdə 55 məntəqə fəaliyyət göstərəcək. Əfqanıstanda sülhməramlı qüvvələrdə iştirak edən gürcü hərbçilər noyabrın 26-da səs verəcəklər. Bununla da Gürcüstan vətəndaşları sonuncu dəfə birbaşa səsvermə ilə 6 il müddətinə ölkənin 5-ci prezidentini seçəcəklər. Gürcüstanın yeni prezidentinin andiçmə günündə yeni Konstitusiya da qüvvəyə minəcək. Yeni Konstitusiyaya görə, 2024-cü ildə prezidenti parlamentdə 300 nəfərdən ibarət seçilmiş şəxslər (deputatlar, bələdiyyə sədrləri və sakrebul rəhbərləri) seçəcəklər. Seçkilərin noyabrın 28-i tarixinə, yəni iş gününə təyin edilməsi Gürcüstanda narazılıq yaradıb. Gürcü müxalifəti hesab edir ki, MSK vaxtı seçərkən hakim partiyanın maraqlarını nəzərə alıb. Belə ki, bununla da xaricdə yaşayan gürcülərin səsvermədə iştirak etməsi üçün ciddi problem yaradılıb. Diaspor üzvləri iş günündə səfirliklərə gedib səsvermədə iştirak edə bilməyəcəklər. Bu onların yaşadıqları ölkədə işləmələri ilə bağlıdır. Gürcüstanda noyabrın 28-i, çərşənbə günü qeyri-iş günü elan edilib. Amma xarici ölkələrdə həmin gün adi iş günüdür. Etirazlardan sonra Gürcüstan Gürcüstanın Mərkəzi Seçki Komissiyası müəyyən qədər güzəştə gedib. Belə ki, diaspor nümayəndələri seçki günü gecəyarısına qədər səsvermədə iştirak edə bilərlər. Gürcüstanda isə seçkilər axşam saat 20:00-da başa çatacaq. Diasporla bağlı belə narazılığın yaranması səbəbsiz deyil. Məsələ ondadır ki, ilk turun nəticələrinə əsasən, ölkə xaricində səs verən vətəndaşların 52,7 faizi müxalif namizəd olan Qriqol Vaşadzeyə səs verib. Hakim partiyanın namizədi isə xaricdən gələn səslərin cəmi 22,49 faizini qazana bilib. Xaricdə yaradılan məntəqələrdə 5,7 min nəfər iştirak edib. Xarici konsulluqlarda 14 minən bir qədər çox vətəndaş qeydiyyata alınıb. İlk baxışda o qədər böyük rəqəm deyil. Amma nəzərə almaq lazımdır ki, ilk turun nəticələrinə əsasən hakim partiyanın dəstəklədiyi Zurabişvili Vaşadzedən cəmi 14,3 min səs çox toplayıb. Deməli, xaricdə olan 14 minlik elektorat seçkinin nəticəsinə təsir edə bilər.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
03.04.2020
Dağlıq Qarabağda erməni hərbçi ölüb
03.04.2020
Ermənistanda 736 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb
02.04.2020
Rusiyada qeyri-iş günləri aprelin sonunadək uzadılıb
02.04.2020
Azərbaycan və Rusiya arasında 15 sərhəd nişanı qoyulub
02.04.2020
Ermənilər rus qazının qiymətini aşağı saldırmaq istəyirlər?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Turizm sektoruna dəstəklə bağlı təkliflər hazırlanıb
4 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
5 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info