Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
Tarix: 19.11.2018 | Saat: 13:53:00 | E-mail | Çapa göndər


Milli Gimnastika Arenasında Bakıda keçirilən akrobatika üzrə dünya kuboku yarışlarının qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Qadınların qrupunda birinci yeri Rusiya gimnastları Darya Çebulanka, Anastasiya Parşina, Kseniya Zaqoskina, ikinci yeri Belarus nümayəndələri Yuliya İvonçik, Veronika Nabokina, Karina Sandoviç, üçüncü yeri isə Hindistan təmsilçiləri Ayuşi Qodesvar, Praçi Parkxi və Mrunmayi Valde tutublar. Kişi cütlüklər arasında rusiyalı Timofey İvanov və Maksim Karavayev birinci, Azərbaycan idmançıları Seymur Cəfərov və Murad Əkbərov ikinci, Qazaxıstan akrobatları Daniel Dil və Vadim Şulyar isə üçüncü yerə layiq görülüblər. Qadın cütlüklər arasında Rusiya təmsilçiləri Yasmin İşankulova və Diana Korotayeva birinci, ukraynalılar Yuliya Pilipyak və Aleksandra-Mariya Tabaçinskaya ikinci olublar. “KİV nümayəndələrinin simpatiyası” mükafatına Hindistan akrobatları Avidjit Debnat və Tinku Sarkar layiq görülüblər. Artistizmə görə ən yüksək balı Qazaxıstan nümayəndələri Nikita Amoskin və Anastasiya Dolqanyuk qazanıblar və onlar bu göstəriciyə görə mükafatlandırılıblar. Milli Gimnastika Arenasında noyabrın 17-18-də keçirilən akrobatika üzrə dünya kuboku ilk dəfədir ki, Bakıda təşkil olunur. Turnirdə Azərbaycan gimnastları ilə yanaşı, Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna atletləri də iştirak ediblər. Bu yarışda Azərbaycanı sonuncu Avropa çempionatının mükafatçıları Abdulla Əl-Myaşayxi-Ruhidil Qurbanlı və Ağasif Rəhimov-Nurcan Cabbarlı cütlükləri təmsil ediblər. Yaşlı qruplar arasında yarışların gümüş mükafatçıları (2016-cı il) Seymur Cəfərov və Murad Əkbərov isə kişi cütlüklərin mübarizəsində qüvvələrini sınayıblar. İkigünlük yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, həmçinin qadın qrupu və kişi qrupu tərkiblərində mübarizə aparıblar.




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub
13.12.2018
Çempionlar Liqası: “Real Madrid” öz meydanında böyük hesabla uduzub
12.12.2018
Türkiyənin məşhur jurnalisti kikboksinq federasiyasının idarə heyətinin üzvü oldu
12.12.2018
UEFA Çempionlar Liqası: nəticələr
12.12.2018
UEFA Çempionlar Liqası: “Qalatasaray” İstanbulda “Portu”ya məğlub olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info