Hər kəs fərdi hesabında pensiya kapitalının həcmini görəcək
Tarix: 09.07.2013 | Saat: 22:36:00 | E-mail | Çapa göndər


DSMF hər bir şəxs üzrə fərdi məlumatların öz sahibinə xüsusi məktubla çatdırılması sisteminin tətbiqinə başlayıb

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) hər bir şəxs üzrə fərdi məlumatların öz sahibinə xüsusi məktublarla çatdırılması sisteminin tətbiqi ilə bağlı təqdimat keçirilib. Təqdimatda çıxış edən DSMF-nin sədri Səlim Müslümov bu sistemin tətbiqinin “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda mühüm vəzifələrdən biri kimi qeyd olunduğunu deyib.
S.Müslümov vurğulayıb ki, ötən dövr ərzində dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqi və inkişafı məqsədi ilə mühüm işlər görülmüş, 2 milyon 580 min nəfərdən çox şəxsə fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılıb. Eyni zamanda, sığortaolunanlara dair illik hesabatların qəbulu və müvafiq məlumatların fərdi şəxsi hesablarda əks etdirilməsi, bu məlumatların ünvanlara çatdırılması üçün mühüm işlər həyata keçirilib.
Qeyd edilib ki, fərdi şəxsi hesaba malik vətəndaşların heç də hamısının saytdan istifadə etmədiyi nəzərə alınaraq, fərdi məlumatların öz sahiblərinə xüsusi məktublarla çatdırılması sisteminin tətbiqinə başlanılıb. Bu məqsədlə fondda bir gün ərzində 38 min məktubun çap edilməsinə imkan verən avadanlıq quraşdırılıb. Bu avadanlıq avtomatlaşdırılmış sistemə daxil edilmiş hər bir sığortaolunanın fərdi hesabında müəyyən bir vaxtda toplanan ümumi məbləği, həmçinin həmin məbləğin hansı sığortaedən tərəfindən göndərildiyini əks etdirən xüsusi paketlənmiş məktublar çap etmək imkanına malikdir.
S.Müslümov diqqətə çatdırıb ki, həyata keçirilən bu islahat sistemdə şəffaflığın daha da artırılmasına gətirib çıxarmaqla yanaşı, işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə də imkan verəcək. Hər bir işləyən şəxs isə özünün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsini nəzarətdə saxlamaq və gələcəkdə etibarlı pensiya təminatı əldə etmək imkanı qazanacaq. Səlim Müslümov bildirib ki, DSMF-də 2012-ci ilin sentyabr ayının sonundan bu ilin iyunun sonuna qədər qeydiyyata düşənlərin sayı 600 min nəfəri keçib: “Bu, böyük göstəricidir. Buna görə də 6 ayın qeyri-büdcə sektorunun məcburi dövlət sosial sığorta haqqının proqnozunu 80 mln. manata yaxın sadə gəlirlərlə artıqlaması ilə yerinə yetirmişik. Mənə təqdim olunan məlumata görə, bu ayın əvvəlinə hesabımızda olan sərbəst qalıq 70 mln. manata yaxındır. Bu, qeydiyyata düşən və sosial sığorta haqqı ödəyən yeni şəxslərin hesabına baş verir”. Fondun sədri deyib ki, yeni sistem sayəsində fərdi məlumatlarına dair məktubları alan şəxslər öz fərdi şəxsi hesablarında nə qədər pensiya kapitalının toplandığını görəcəklər: “Həmin pensiya kapitalının hansı mənbələrdən, hansı işə götürənlərdən daxil olduğunu görə biləcək və təbii ki, bundan sonra məbləğlərdə hər hansı narazılıqlar olarsa, o zaman öz işə götürənləri ilə bu məsələ ilə bağlı danışıqlar apara biləcəklər. Yəni işçilərin bu sahədə işə götürən üzərində nəzarəti təmin olunmuş olacaq”.
Günay




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq
23.01.2019
Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info