Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib
Tarix: 19.11.2018 | Saat: 14:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin ABŞ-da olan nümayəndə heyəti Los-Ancelesdən Vaşinqtona gedib. Nümayəndə heyətinin Vaşinqton görüşləri Azərbaycan səfirliyində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsinin qoyulması ilə başlayıb.
Daha sonra ABŞ Dövlət Departamentində Siyasət və Qiymətləndirmə direktoru Stefen Guice ilə görüş keçirilib. Görüşdə soydaşlarımızın inteqrasiyası, Azərbaycan dili və mədəniyyətinin təbliği proqramlarının təşkili, soydaşlarımıza təhsil və peşə qabiliyyətinin artırılması imkanlarının yaradılması, uğur qazanmış amerikalı azərbaycanlılara Dövlət Departamenti tərəfindən xüsusi dəstək göstərilməsi və soydaşlarımızın sahibkarlıq imkanlarının təşviqi məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlığın qurulması perspektivləri müzakirə edilib.
Nümayəndə heyətinin növbəti görüşü Dünya Bankının binasında Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Beynəlxalq Maliyyə Korporasiyasında çalışan Azərbaycanlıların Assosiasiyası ilə baş tutub. Görüş zamanı, ilkin tanışlıqdan sonra, burada çalışan və praktika keçən azərbaycanlıların sayının artırılması, azərbaycanlı gənclərin bu qurumlarda karyera qurmaları üçün ölkəmizdə və xaricdə sistemli seminarların təşkili, qurumun xarici əməkdaşları arasında ölkəmizin təbliğ edilməsi və milli-mədəni irsimizin tanıdılması üçün bir sıra təkliflər müzakirə edilib.
Dövlət Komitəsinin nümayəndə heyəti daha bir görüşü Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıcla keçirib. Görüş zamanı, bütün dünyada, iki qardaş ölkənin xalqları və dövlətləri arasında qüvvələrin briləşdirilməsi, bu istiqamətdə konkret və strateji planın qurulması müzakirə edilib. Hər iki xalqın ABŞ-da fəaliyyət göstərən icmalarının bundan sonra daha da sıx və davamlı işləməsi qərara alınıb.
Keçirilən görüşlərdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da iştirak edib.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Qarabağ münaqişəsi Bakının lehinə həll oluna bilər
14.10.2019
Əli Kərimli Müsavatı ələ keçirə bilmədi
14.10.2019
Ərdoğan: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bütün türklərin birləşdiyi təşkilatdır
14.10.2019
Macarıstanın Baş Naziri Azərbaycana səfərə gəlib
14.10.2019
Medianın imkanlarından istifadə edərək həm Türkiyənin, həm Azərbaycanın problemlərini dünyaya çatdırmağa çalışırıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info