İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib
Tarix: 19.11.2018 | Saat: 14:39:00 | E-mail | Çapa göndər


Berndə İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasında təmsil olunan diaspor təşkilatlarının toplantısı keçirilib. Şuranın əlaqələndiricisi və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirovun təşkilatçılığı ilə baş tutan toplantıda Bazeldəki Azərbaycanlı Qadınlar Cəmiyyətinin rəhbəri Arzu Əliyeva, Soloturn Azərbaycanlıları Dərnəyinin sədr müavini Baycan Yavuz və Azərbaycanın İsvecrədəki Səfirliyinin nümayəndəsi iştirak edib.
Şuranın iclasında 2018-ci ildə görülmüş işlərin hesabatı dinləndikdən sonra 2019-cu ilin planı müzakirə edilib, gələn il keçiriləcək tədbirlərin təqvimi hazırlanıb. Təşkilatların imkanları ilə bağlı fikir mübadiləsi aparılaraq, gələn il üçün nəzərdə tutulan tədbirlərin təşkilatlar üzrə bölgüsü müəyyənləşdirilib.
Beləliklə, 2019-cü ildə ölkəmizin tanıdılması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, milli mədəniyyətimizin təbliği istiqamətində 14 tədbirin kecirilməsi planlanlaşdırılıb. Toplantıda tədbirlərin təşkilində qarşılıqlı dəstəyin zəruri olduğu vurğulanıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Xaricdəki soydaşlarımız anım tədbirləri keçiriblər
11.12.2018
Müxalifət Ermənistandakı saxta seçkiləri niyə təqdir edir?
11.12.2018
General Körtis Skaparotti: NATO Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir
11.12.2018
Sovet televiziyasının əfsanəvi rejissoru dahi lider haqqında
11.12.2018
XİN: Danimarkanın “Novo Nordisk” şirkəti Dağlıq Qarabağ ərazisində heç bir iqtisadi fəaliyyətlə məşğul deyil

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info