2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq
Tarix: 19.11.2018 | Saat: 14:43:00 | E-mail | Çapa göndər


Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına 2019-cu ilin I rübündə başlanması nəzərdə tutulur.
AZƏRTAC BELTA informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Azərbaycan və Belarus arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclasından əvvəl jurnalistlərə müsahibəsində “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev söyləyib.
X.Fətiyev qeyd edib ki, Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılması üzrə zavodun tikintisi başa çatmaq üzrədir. “Gələn ilin birinci rübünün sonunadək bu müəssisədə ilk traktorların yığılmasını nəzərdə tuturuq”, -deyə o əlavə edib.
Türkiyədəki zavodun konveyerindən 5 minə qədər traktorun buraxılması nəzərdə tutulur. İlkin mərhələdə layihənin istehsal gücü 2,5 min ədəd miqdarında yerinə yetiriləcək. Gəncə avtomobil zavodu Hökumətlərarası komissiyanın iclasının yekunlarına dair Belarus müəssisələri ilə üç müqavilə imzalayıb. Xüsusən, MTZ traktor komplektlərinin min ədədinin tədarükü ilə bağlı razılıq əldə edilib ki, onların da 300-nün cari ilin sonunadək göndərilməsi nəzərdə tutulur. “Qomselmaş” ASC ilə 30 kombaynın tədarükünə dair müqavilə də bağlanılıb. 2019-cu ildə Azərbaycan müəssisəsində Belarus kombaynlarının istehsalına başlamaq planlaşdırılır. Minsk avtomobil zavodu ilə imzalanmış müqaviləyə görə, Azərbaycana Bakı aeroportu üçün avtobusların maşın komplektləri də göndəriləcək.




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Beş ayda ölkədə istifadəyə verilmiş müəssisələrin siyahısı
16.06.2019
Azərbaycan səfiri Qətərin Gömrük Baş İdarəsinin sədri ilə görüşüb
16.06.2019
Qeyri-neft sektorunda məhsul istehsalı 15 faiz artıb
15.06.2019
Bakı-Şarm əl Şeyx-Bakı reysi açılıb
15.06.2019
Bu torpaqlarda tikintiyə rəyin verilməsi üçün xidmət haqqı ödəniləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info