Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
Tarix: 19.11.2018 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyevin Belarus Respublikasına səfəri iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsi baxımından çox vacibdir. Azərbaycan və Belarus arasında investisiya və birgə layihələrin reallaşdırılması imkanları kifayət qədər genişdir. Son səfər ölkələrimizin birgə həyata keçirdiyi layihələrin sayında və həcmində artımlar olacağından xəbər verir. Bu da iqtisadi və strateji baxımdan ölkələrin daha da yaxınlaşmasına imkan verəcək. Həmçinin səfər iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsi və ölkələrimizin iqtisadi əlaqələrinin genişləndirilməsi baxımından yeni bir mərhələnin əsasını formalaşdırır. AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Ekspert qeyd edib ki, səfər çərçivəsində Belarus və Azərbaycan prezidentlərinin iştirakı ilə Minskdə əməkdaşlıq haqqında ikitərəfli sazişlər imzalanıb. Sazişlər fərqli sektorları – sosial, nəqliyyat, informasiya texnologiyaları, hərbi sahədə əməkdaşlıq daxil olmaqla iqtisadiyyatın, bütövlükdə sosial sferanın müxtəlif istiqamətlərini əhatə edir ki, bu da ölkələrimiz arasında strateji əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından əhəmiyyətlidir.
"Azərbaycan Belarus üçün iqtisadi tərəfdaşlardan biridir. Bu ilin 9 ayında isə əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə artıb və 331,5 milyon dollara bərabər olub. Baxmayaraq ki, xarici şoklar hər iki ölkənin iqtisadiyyatına müəyyən qədər təsir göstərib. Lakin buna baxmayaraq Azərbaycan və Belarus arasında ciddi artım müşahidə olunub. Həmçinin Azərbaycan ixracatında 20 faizə yaxın artım qeydə alınıb. Son 4 ildə Azərbaycan Belarusa daha çox məhsul ixrac edib. İxracın artması nəticə etibarilə ölkəyə daxil olan valyutanın yüksəlməsinə də təsirini göstərib. Azərbaycan Belarusdan daha çox şəkər, meşə materialları, dərman vasitələri, kərə yağı və siqaret idxal edir. Eyni zamanda, Azərbaycan Belarusa tütün xammalı, polietilen ixrac edir. Bu məhsullar ixracda əsas paya malikdirlər", - deyə V.Bayramov diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20.07.2019
İqor Dodon: Moldova ilə Azərbaycan arasında çox gözəl əməkdaşlıq əlaqələri mövcuddur
19.07.2019
Xarici işlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info