Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
Tarix: 19.11.2018 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 2014-cü il yanvarın 1-dən bu il oktyabrın 1-dək olan dövr ərzində Azərbaycanda ümumilikdə 913,6 min olmaqla 624,9 min daimi iş yerləri yaradılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, doqquz ay ərzində ölkədə 192,5 min yeni, o cümlədən 94,5 min daimi iş yeri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 42,4 faizi qeyri-dövlət sektorunun payına düşüb. Yeni iş yerlərinin 24,0 faizi Bakı şəhəri, 1,0 faizi Naxçıvan Muxtar Respublikası, 75,0 faizi regionlar, o cümlədən 44,3 faizi Aran, 7,5 faizi Lənkəran, 7,0 faizi Gəncə-Qazax, 4,4 faizi Abşeron, 4,3 faizi Yuxarı Qarabağ, 2,8 faizi Şəki-Zaqatala, 2,4 faizi Quba-Xaçmaz, 2,1 faizi Dağlıq Şirvan, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarındadır. Daimi iş yerlərinin 8,2 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 33,9 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 57,5 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.
Hüquqi şəxslər tərəfindən yaradılmış daimi iş yerlərinin 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,2 faizi tikinti, 12,8 faizi emal sənayesi, 11,3 faizi su təchizatı; tullantıların təmizlənməsi və emalı, 8,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 2,8 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 13,5 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.
Bununla yanaşı, 2018-ci ilin doqquz ayı ərzində ölkədə 30,0 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 88,7 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 73,6 faizi fərdi sahibkarlıq subyektlərinin, 8,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 18,0 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Dövlət Gömrük Komitəsi əməkdaşlarının maaşları artırıldı
18.06.2019
Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
18.06.2019
Ramil Usubov onu rəis təyin etdi
18.06.2019
“Bakı-Məşhəd” müntəzəm sərnişindaşıma marşrutu açılacaq
18.06.2019
Vergilər nazirinin birinci müavini Ucarda vətəndaşlarla görüşəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Müəllimlərin maaşı artdı - 20 faiz
2 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info