Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
Tarix: 19.11.2018 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Anketinin nəticələrinə görə, ölkələrin texnoloji dəyişikliklərə nə qədər hazır olduqları müəyyən edilib. Dünyanın sürətlə dəyişdiyi bir dövrdə texnologiyada da son 150 ildə ən çox diqqət çəkən yeniliklər yaşandı. Hətta gələcək illərdə süni zəka, sürücüsüz avtomobillər və müxtəlif ixtisaslı işlərin avtomatlaşdırılması, qlobal iqtisadiyyatı daha da dəyişdirəcəyi proqnozlaşdırılır.
Bütün bu inkişaflar istiqamətində Dünya İqtisadi Forumunun (OECD) Qlobal Rəqabət Anketində iştirakçılara “dövlətin gələcək istiqaməti” ilə əlaqədar düşüncələrini öyrənmək üçün "Rəqəmsal iş modellərinə uyğunlaşmada ölkənizin qanuni çərçivəsi nə qədər sürətlidir? Hökumət iş görmək üçün nə dərəcədə sabit bir siyasət mühiti təmin edir? Hökumət nə dərəcədə dəyişikliyə cavab verir? Hökumətin nə dərəcədə uzunmüddətli bir baxışı var? " sualları verilib. Respondentlər hər bir kateqoriyanı 1-7 bal arasında qiymətləndirərək rəqəmli iqtisadi gələcəyə ən çox hazır olan hər bir ölkəni müəyyənləşdiriblər. Siyahıda ilk sırada 6,1 balla Sinqapur, ikinci sırada 5,7 balla Lüksemburq, üçüncü sırada isə 5,7 balla ABŞ yer alır. Qeyd edək ki, bir sıra dünya ölkələrinin yer almadığı siyahıda 4,7 balla Azərbaycan 19-cu yerdə qərarlaşıb.

Yeni dövlət proqramı bir çox sahənin inkişafına xidmət edəcək

Qeyd edək ki, ölkəmizdə müxtəlif sahələrdə yeni texnologiyaların tətbiqi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Onlardan biri kimi bu günlərdə ölkə başçısı tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı” da yeni texnologiyaların tətbiqi sahəsində dövlətin münbit mühit formalaşdırdığını göstərir. Bu gün dünyada mövcud yeniliklərdən biri də müxtəlif ölkələrin orbitə peyk çıxarmasıdır ki, ölkəmiz 2013-cü ildə “Azerspace-1” telekommunikasiya peykini orbitə çıxarmaqla, dünya kosmik klubunun üzvünə çevrilib. Optik müşahidə peykinin istismara verilməsi də ilk günlərdən əsas məqsəd kimi qarşıya qoyulub. Adıçəkilən dövlət proqramı qarşıdakı 4 ildə Azərbaycanda peyk müşahidəsi xidmətlərinin inkişafına xüsusi təkan verəcək, peyk müşahidəsi xidmətləri vasitəsilə dövlət idarəetməsinin effektivliyini artıracaq, ölkədə bu sahə ilə bağlı elmi tədqiqat və ixrac potensialını yüksəldəcək.
Dünya təcrübəsində yer səthinin peyk vasitəsilə əldə edilən təsvirlərindən istifadə olunmasının bir sıra faydaları var. Ölkənin dinamik inkişafı hazırkı mərhələdə peyk müşahidəsi xidmətləri üzrə dövlət səviyyəsində konkret hədəfləri göstərən vahid konseptual sənədin qəbulunu zəruri edir və bu Dövlət Proqramı 2019–2022-ci illərdə peyk müşahidəsi xidmətlərinin inkişafını nəzərdə tutur. Dövlət Proqramının məqsədi peyk müşahidəsi xidmətlərindən müxtəlif sahələrdə istifadə etməklə ölkədəki sosial-iqtisadi və texnoloji inkişafın dəstəklənməsidir.

Peyk müşahidəsi xidmətlərindən kənd təsərrüfatında aktiv istifadə ediləcək

Dövlət proqramının həyata keçirilməsi üçün nəzərdə tutulan Tədbirlər Planında yer alan maddələrdən biri də Peyk müşahidəsi xidmətlərindən kənd təsərrüfatında aktiv istifadə edilməsidir.
Bu gün sənayenin fəaliyyətinin artması ilə dünyada rəqəmsallaşma yarışı başlayıb. Texnologiya sahəsində baş verən yeniliklər bir çox sahələrə inteqrasiya olunub. Ağıllı robotlar, süni intellekt, obyektlərin interneti ilə yanaşı, inkişafda olan mövcud sektorlardan biri də kənd təsərrüfatıdır. Müasir və elektron kənd təsərrüfatının inkişafı ilə daha az vəsaitlə daha çox gəlir əldə etmək mümkündür. Mütəxəssislər kənd təsərrüfatında yaradılan əlavə dəyərin yarısından çoxunun texnologiya ilə yaradılacağını deyirlər. Bildirilir ki, elektron kənd təsərrüfatını iki hissəyə ayırdıqda istehsalda Hollandiya, Braziliya, ABŞ kimi ölkələr ilk sırada yer alırlar. Ancaq istifadədə əlavə dəyərli istehsalla məşğul olan Fransa, İtaliya, Hollandiya kimi ölkələrlə yanaşı, Braziliya, ABŞ və Kanada lider kimi ölkələr təqdim olunur. Rəqəmsal texnologiyalar sayəsində torpaq analizi və gübrələmə proqramı artıq dəqiqələr ərzində hazırlanacaq. Sensorlar və peyk texnologiyaları sayəsində torpaq nəmi və tarladakı xəstəlik riski təqib edilərək məhsul keyfiyyəti 50 faiz artacaq. Kənd təsərrüfatı iqtisadiyyatındakı artım rəqəmsal texnologiyaların genişlənməsi ilə mütənasib olacaq. Kənd təsərrüfatında rəqəmsal texnologiyaların istifadəsi ilə birlikdə, bitki inkişafı üçün virtual mühitdə ən uyğun toxum seçimi, bitki yetişdirmə, qoruma, sulama və digər yetişdiricilik qərarlarının vermək mümkün olur. Bunun sayəsində məhsuldarlıq 2 qat artacaq, məhsuldarlıqdan əldə edilən gəlir yüksələcək. Bu gün dünyada gübrə və pestisit üçün lazım olan vəsait istehsalçıya çox vacibdir. Rəqəmsallaşma ilə xəstəlik risklərini təqib etmək və risk olmadığını zaman lazım olmayan dərmanlamanın qarşısını almaq mümkündür. Eyni zamanda rəqəmsal torpaq analizi texnologiyaları tez nəticə verdiyindən hər gübrələmədən öncə tətbiq oluna bilir, bunun nəticəsində torpağa az və bitkinin inkişafı üçün tələb olunan maddələr verilir. Beləliklə, lazım olmayan gübrə istifadəsi azaldıqda, gübrə və kimyəvi dərmanlar istifadəsinin azalması ilə daha təbii ərzaq və mühit yaranır. Torpaq və bitkinin peyk vasitəsilə təqib edilərək bitki növü, məhsuldarlığı və sağlamlığı anlaşılır.
Qeyd edək ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərlə bağlı elmi tədqiqatla məşğul olan hüquqi şəxslərə və tədqiqatçılara qrant və texniki yardımlar verilməsi üçün prioritet hesab edilən sahələr də müəyyənləşdirilib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Bu il önəmli infrastruktur layihələri icra olunub
14.12.2018
Azərbaycanda 760 Rusiya kapitallı şirkət fəaliyyət göstərir
14.12.2018
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılıb
14.12.2018
Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb
14.12.2018
Prezident Kürdəmirdə yol tikintisinə ilkin olaraq 2,82 milyon manat ayırıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info