Dünya Səhiyyə Təşkilatı: Malyariya epidemiyası hər iki dəqiqədə bir körpənin həyatına son qoyur
Tarix: 20.11.2018 | Saat: 01:24:00 | E-mail | Çapa göndər



Dünya Səhiyyə Təşkilatının noyabrın 19-da yaydığı məlumatda son illərdə müxtəlif ölkələrdə malyariyanın ciddi təhlükə yaratdığı qeyd edilir.

AZƏRTAC xəbər verir ki, mənzil-qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən beynəlxalq qurumun statistikasına görə, xəstəlik dünyada hər iki dəqiqədə bir körpənin ölümünə səbəb olur. Hesabatda göstərilir ki, 2017-ci ildə dünyada malyariyaya yoluxma statistikasına 2 milyon hal əlavə olunub və ümumilikdə 219 milyon yoluxma halı qeydə alınıb. Yoluxmaların təxminən 90 faizi Afrika qitəsində baş verib və ötən il 451 min insan bu xəstəliyin qurbanı olub. 2016-cı ildə isə epidemiyadan ölənlərin sayı nisbətən az – 435 min nəfər olub. Epidemiyadan ölənlərin böyük hissəsi (266 min nəfər) beş yaşadək uşaqlardan ibarətdir ki, bu da təşkilat üçün acınacaqlı vəziyyət hesab olunur. Hesabatda qeyd edilir ki, əslində dəf edilməsi mümkün ola bilən xəstəlikdən hər iki dəqiqədə bir körpənin dünyasını dəyişməsi qəbuledilməz haldır.
Dünya Səhiyyə Təşkilatı 2010-2015-ci illərdə Afrikada malyariyaya qarşı mübarizədə uğurlar əldə etsə də, 2016-cı ildən başlayaraq yoluxma hallarının sayı artıb. Əsas problemli ölkələr Nigeriya, Mozambik və Konqodur.
Təşkilat dünya ölkələrini malyariyaya qarşı peyvəndvurma tədbirlərini gücləndirməyə, yoxsul ölkə və regionlara maliyyə dəstəyini artırmağa, eləcə də əhali arasında bu xəstəliklə bağlı maarifləndirmə işi aparmağa və profilaktik tədbirlər görməyə çağırıb.




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Sarımsağın gözlənilməz faydası aşkarlandı
24.06.2019
Çoxlu su içirsiniz, susuzluq isə keçmirsə... Təhlükəli əlamət
22.06.2019
Parkinson xəstəliyinin ilk əlaməti açıqlanıb
21.06.2019
Hansı uşaqlar qışda daha az xəstələnirlər?
21.06.2019
Yüksək təzyiqi salan 15 qida

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


25.06 22:21 Terror və ekstremizm müasir dünya üçün ən ciddi təhdidlərdəndir. Dünyanın bir çox ölkələrində din amilindən istifadə vətəndaş müharibələrinə, terror hadisələrinə, eyni dinə etiqad edən insanlar arasında qarşılıqlı nifrətə gətirib çıxarır. Hazırda dinlər və sivilizasiyalar arasında toqquşmalar XX əsrdə soyuq müharibə illərindəki ideoloji toqquşmanı əvəz edib. Bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 25-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Müasir çağırışlar: dini durum və vəzifələr“ mövzusunda regional konfransda səsləndirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması istiqamətində görülən işlər barədə danışıb. Azərbaycanın dünyanın çox həssas bir bölgəsində yerləşdiyini bildirən Komitə sədri qeyd edib ki, bu bölgədə müxtəlif dünya dövlətlərinin maraqları üz-üzə gəlir, toqquşur. Müasir dünyanın özünəməxsus çağırışları olduğunu diqqətə çatdıran M.Qurbanlı bildirib ki, həmin çağırışlarla bağlı BMT dünyanın 20-dək problemini müəyyən edib. Onların içərisində demoqrafiya, ekologiya, nüvə müharibəsi təhlükəsi, müxtəlif sağalmaz xəstəliklərin yayılması, su çatışmazlığı, iqlim dəyişkənliyi ilə bağlı və digər problemlər ön sıralarda yer alır. Terrorizm və onun törətdiyi fəlakətlər də dünyanı narahat edən xüsusi problemlər sırasındadır. Bütün dövrlərdə terrorun olduğunu bildirən Komitə sədri vurğulayıb ki, indi terrorun da mahiyyəti dəyişib və terror müxtəlif formalarda təzahür edir: “Müasir terror orta əsrlərin terrorundan kəskin şəkildə fərqlənir. Müasir terror texnoloji nailiyyətlərdən yararlanır. Terror təhlükəsinin dünya problemləri, çağırışları içərisində yer tutması dinlə əlaqədar məsələləri də gündəmə gətirir. Çünki dindən həmin terror təşkilatlarında ideoloji vasitə kimi istifadə olunur. Biz bunu Yaxın Şərq ölkələrində, o cümlədən qeyri-islam ölkələrində görməkdəyik“. Bildirilib ki, indi terror törədilməsi zamanı hər hansı bir sosial ideya deyil, dini amil ortaya çıxır və bu amildən istifadə edərək kütləvi terror qırğınları törədilir. Bu terror hadisələri yalnız müsəlman ölkələrində deyil, digər ölkələrdə də baş verir. Ayrı-ayrı ölkələrdə bu terror əməlləri dindaxili deyil, dinlərarası terror kimi təzahür edir. Din amilindən terror vasitəsi kimi istifadə olunur. İslam dinindən terrorda istifadədə bir neçə məqsədin güdüldüyünü vurğulayan Komitə sədri deyib: “ Bu məqsədlərdən biri İslam daxilindəki məzhəblərarası qarşıdurmanı dərinləşdirməklə gənc nəsildə bir-birinə qarşı nifrət hissi oyatmaq və son nəticədə həmin İslam dövlətində bu məzhəblərarası qarşıdurmadan istifadə edərək ölkəni zəiflətmək, çökdürmək və dağıtmaqdır“. Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərindən söz açan M.Qurbanlı bu modelin dünyada rəğbətlə qarşılandığını deyib: “Ulu Öndərin dövlət-din münasibətləri sahəsində irəli sürdüyü ideyaların, dünyagörüşün, müdrik tövsiyələrin bu günün reallıqları kontekstində oynadığı müsbət rolu daha aydın görürük. Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir“.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info