İnquşetiya azərbaycanlı iş adamlarını dəvət edir
Tarix: 09.07.2013 | Saat: 23:03:00 | E-mail | Çapa göndər


Şahin Mustafayev: “Azərbaycan-Rusiya əlaqələri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib”

Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının İnquşetiya Respublikasının baş naziri Musa Çiliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb. Bu barədə nazirlikdən bildirilib. Görüşdən əvvəl qonaqlar Bakı Biznes Mərkəzində Azərbaycanın iqtisadi uğurlarına həsr olunmuş sərgi ilə tanış olublar. İqtisadi İnkişaf naziri Şahin Mustafayev son 10 ildə Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə qazandığı uğurlar barədə Rusiya Federasiyasının İnquşetiya Respublikasının nümayəndə heyətinə geniş məlumat verib.
Sonra Rusiya Federasiyasının İnquşetiya Respublikasının Baş naziri Musa Çiliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilmiş görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Rusiya Federasiyası, o cümlədən Şimali Qafqaz regionu ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini bildirib, dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində Azərbaycan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu gün Azərbaycan qonşu Rusiyanın 83 federal subyektindən 71-i ilə uğurlu əməkdaşlıq edir.
Bununla belə, əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı səfərlər, biznes forumlar, işgüzar görüşlər təşkil edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti 2011-ci ilin noyabrında Rusiya Federasiyasının Şimali Qafqaz regionunda investisiya imkanlarının araşdırılması məqsədilə səfərdə olub, Rusiya Federasiyasının bu regionda yerləşən federal subyektləri ilə əlaqələrin daha da genişləndirilməsi üçün müzakirələr aparılıb. Təsadüfi deyil ki, son 3 ildə Rusiyanın subyektləri ilə 12 biznes forum, işgüzar görüş və sərgi keçirilib. Bu gün aparılan müzakirələr, keçirilən biznes forum Azərbaycan və Rusiya Federasiyasının regionları arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan növbəti addımdır.
Rusiya Federasiyasının İnquşetiya Respublikasının Baş naziri Musa Çiliyev Rusiya Federasiyasının digər subyektləri kimi, İnquşetiya Respublikasının da Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi və İnquşetiya Respublikasına investisiya qoyuluşu imkanları barədə məlumat verib, azərbaycanlı iş adamlarını fəal əməkdaşlığa dəvət edib. Azərbaycana səfər çərçivəsində Rusiya Federasiyasının İnquşetiya Respublikasının Baş naziri Musa Çiliyevin başçılıq etdiyi nümayəndə heyəti Bərk məişət tullantılarının yandırılması və bərk məişət tullantılarının çeşidlənməsi zavodlarında, “Green Tech” MMC-nin müasir istixana kompleksində, Gilan Tekstil Parkında və Sumqayıt Texnologiyalar Parkında olub. Rusiyalı qonaqlara qabaqcıl və müasir texnologiyaların tətbiq olunduğu istehsal və emal prosesləri, müəssisələrin texnoloji və ekoloji üstünlükləri və məhsulları barədə geniş məlumat verilib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq
19.09.2018
“Xətai” stansiyası sentyabrın 27-dən təmir işləri ilə əlaqədar bağlanır
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info