NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
Tarix: 20.11.2018 | Saat: 12:38:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümünə həsr olunmuş konfrans keçirilib. Azərbaycan Dövlət Himninin səsləndirilməsindən sonra konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov 1992-ci ildə əsası ümummilli liderimiz tərəfindən qoyulan partiyanın yaranma zərurətindən, keçdiyi inkişaf yolundan danışıb. Qeyd edilib ki, tarixi zərurət nəticəsində yaranan YAP çox qısa müddətdən sonra Azərbaycanda hakimiyyət partiyasına çevrilib və o zamandan da məhz xalqımızın rifahı, dövlətimizin inkişafı naminə çox geniş fəaliyyəti ilə cəmiyyətin hər bir təbəqəsinin möhkəm dəstəyini qazanıb. Bu gün ölkəmizin sürətli iqtisadi inkişaf yoluna qədəm qoyması məhz Ulu Öndərin düşünülmüş siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsinin nəticəsidir.
“Yeni Azərbaycan Partiyasının dünəni və bugünü” mövzusunda çıxışındaYeni Azərbaycan Partiyası Universitet ərazi ilk təşkilatının sədri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Asəf Əliyevqeyd edib ki, universitetin müəllim-professor və tələbə kollektivinin ictimai-siyasi cəhətdən fəal hissəsi tam şəkildə Yeni Azərbaycan Partiyasının sıralarında, partiyanın Universitet şəhərciyi ərazi ilk təşkilatında birləşib. Bildirilib ki, YAP Naxçıvan Şəhər Təşkilatının ən böyük ərazi ilk təşkilatı olmaqla, öz sıralarında 1939 nəfər partiya üzvünü birləşdirən Universitet ərazi ilk təşkilatıüzvlərinin181 nəfərini müəllimlər, 41 nəfərini tədrisə köməkçi heyət, 1717 nəfərini isə tələbələr təşkil edir. Vurğulanıb ki, üzvlərdən 3 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 7 nəfəri elmlər doktoru, 89 nəfəri fəlsəfə doktorlarıdır, 53 nəfər partiya üzvü isə ölkənin və muxtar respublikanın ali dövlət mükafatları, fəxri adları, orden və medalları ilə təltif olunublar. Diqqətə çatdırılıb ki, ölkəmizdə gəncliyə göstərilən yüksək dövlət qayğısının ifadəsidir ki, ərazi partiya təşkilatının 89 faizini gənclər təşkil edir.
“Yeni Azərbaycan Partiyası və Azərbaycan gəncliyi” mövzusunda Elektroenergetika mühəndisliyi ixtisasının II kurs tələbəsi Asim Abdulla qeyd edib ki, dahi rəhbərin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Ulu Öndər hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycan gənclərinin müasir tələblərə cavab verən, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşması üçün çalışıb.
Tələbələrə partiya üzvlüyünə qəbul edilmə vəsiqələri təqdim olunduqdan sonra YAP-nın 26 illik fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.
İncəsənət fakültəsi tələbələrinin ifasında musiqi, rəqs nümunələri tədbiri daha yaddaqalan edib.
Səadət Əliyeva
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
Ağdamın 20 yaşayış məntəqəsində 35 subartezian quyusu qazılacaq
10.12.2018
Masallıda Çin Xalq Respublikasından gətirilmiş 20 min tut tingi əkilib
09.12.2018
Masallıda arıçılara subsidiyaların verilməsinə başlanılır
08.12.2018
Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyəti ilə bağlı iclas keçirilib
07.12.2018
Şəkinin daha bir kəndinə təbii qaz verilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info