Misirdə yeni Konstitusiya Bəyannaməsi qəbul edilib
Tarix: 09.07.2013 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


Ordu paytaxt Qahirədə təhlükəsizlik tədbirlərini gücləndirmək
istiqamətində hərəkətə keçib


Misirdə yeni Konstitusiya Bəyannaməsi qə bul edilib. Sənəddə ölkənin yeni əsas qanununun hazırlanması və prezident seçkiləri keçirilməsi üçün Konstitusiya Assambleyası çağırılmasını nəzərdə tutur.
Bu ölkənin dövlət televiziyası xəbər verir ki, Misirin müvəqqəti prezidenti Ədli Mənsur tərəfindən imzalanmış fərmanda Konstitusiya Bəyannaməsi dərc ediləndən sonra iki həftə ərzində yeni konstitusiya hazırlanması və altı ay sonra prezident seçkiləri keçirilməsi üçün Konstitusiya Assambleyası çağırılmasını nəzərdə tutulur.
Bəyannamənin mühüm bəndlərindən biri ondan ibarətdir ki, dövlətin müvəqqəti rəhbərinə keçid hökumətinin Nazirlər Kabineti ilə məsləhətləşmələrdən sonra qanunlar qəbul etmək hüququ verilib. “Əl-Məsri əl-Yaum” portalı xəbər verir ki, ölkənin yeni Konstitusiyasına dair referendum Konstitusiya Bəyannaməsi elan ediləndən 4 ay sonra keçiriləcək. Referendumdan iki həftə sonra parlament seçkiləri, bu gündən etibarən altı aydan sonra prezident seçkiləri keçiriləcək. Ölkədə isə vəziyyət gərgin olaraq qalır. Paytaxt Qahirənin giriş yolları bağlanıb. Bir sıra körpü və estakadalarda nəqliyyatın hərəkəti dayandırılıb. Bəzi yollarda hərbi postlar qurulub. “Euronews” telekanalı xəbər verir ki, paytaxt Qahirədə təhlükəsiz tədbirləri görməyi qərara alan ordu şəhərin bəzi rayonlarına tikanlı məftillər çəkib. Təhrir meydanının yaxınlığına zirehli texnika yeridilib, dövlət müəssisələrinin mühafizəsi gücləndirilib. Təhlükəsizlik və ordu qüvvələri, həmçinin Rəbiətül-Ədəviyyə meydanı yaxınlığında fasiləsiz etiraz aksiyaları keçirən Mürsi tərəfdaşlarını blokadaya alıb. Bu arada Misirin ikinci islamçı qüvvəsi olan “Ən-Nur” sələfi partiyası müvəqqəti hakimiyyətlə danışıqlar prosesindən çıxdığını bəyan edib. Partiyanın təmsilçiləri respublika qvardiyasının qərargahı önündə baş verənləri qətliam adlandırıblar.
Xatırladaq ki, “Ən-Nur” partiyası Məhəmməd Mursinin hakimiyyətdən götürülməsinin ilk mərhələsində hərbi müdaxiləyə dəstək vermişdi. Partiyanın sözçüsü Nadir Bəkkar qətliama biganə qalmayacaqlarını açıqlayaraq deyib: “Biz qan axıdılmasının qarşısını almaq istəyirdik. Amma indi daha çox qan axıdılır”. Misirin fəaliyyətdə olan baş naziri Hişam Kandil isə ölkədə baş verənlərə etiraz olaraq, istefa verib. Bu barədə «Əl-Əhram» qəzeti məlumat yayıb. “Mən istefa ilə bağlı ərizəmi iyulun 3-də yazmışam, lakin onun yeni hökumətin formalaşdırıldığı vaxtda qüvvəyə minməsinə cəhd göstərməmişəm. Lakin hazırda hesab edirəm ki, bu vəziyyətdə hökumət rəhbəri vəzifəsinin icrası mümkün deyil və xahiş edirəm, istefamı 8 iyul 2013-cü il tarixindən qəbul edəsiniz”- deyə Kandil “Facebook” səhifəsində bildirib. Misirin baş prokuroru da istefa verib.
Anar




 
Bölməyə aid digər xəbərlər
26.04.2019
Kabildә güclü partlayış törәdilib
26.04.2019
Cәnubi Afrikada daşqınlar 70 nәfәrin hәyatına son qoyub
25.04.2019
Kim Çen In Putinə qılınc hədiyyə etdi
25.04.2019
Suriyada partlayış baş verib, ölənlər və yaralananlar var
24.04.2019
Cәnubi Afrikada daşqınlar 37 nәfәrin hәyatına son qoyub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info