İrəvan haqqında film Amerika ictimaiyyətinə təqdim edilib
Tarix: 20.11.2018 | Saat: 13:24:00 | E-mail | Çapa göndər


Nyu-Yorkun Bruklin meriyasında (Brooklyn Borough Hall) Əməkdar jurnalist, Bakı Slavyan Universitetinin professoru, “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri Şəlalə Həsənovanın müəllifi olduğu “İrsimizə atəş açmayın” adlı sənədli film ABŞ ictimaiyyətinə təqdim olunub. Filmdə Azərbaycan tarixinin əbədi və əzəli torpaqlarımızdan silinməsi üçün mənfur qonşularımızın yüz illərdən bəri apardıqları siyasət filmin əsas mövzusunu təşkil edir.
Amerika Azərbaycan Qadın Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən filmin təqdimat mərasimində Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndələri, ABŞ-da səfərdə olan Diasporla İş Üzrə Dövlət Komitəsinin əməkdaşları, müxtəlif icmaların nümayəndələri iştirak ediblər. Diasporla İş üzrə Dövlət Komitəsinin Amerika regionu üzrə şöbə müdiri Səlhət Abbasova çıxış edərək bu filmin Amerika kimi ölkədə nümayiş etdirilməsinin əhəmiyyətindən danışıb. Təqdimat mərasimində iştirak edən Azərbaycanın dostu, BMT və QHT ilə əlaqələr üzrə baş menecer olan amerikalı Con Lietçi də öz çıxışında filmdən çox təsirləndiyini bildirib. O, söz verib ki, bu filmin Amerika ictimaiyyətinə yayılmasına öz yardımını göstərəcək.
Tədbirdə Texas, Main, Florida, Şimali Karolina, Nyu Cersi ştatlarında yaşayan diaspora nümayəndələri də iştirak ediblər. Texas ştatının Hyuston şəhərində yaşayan Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rəhbəri İradə Axundova filmdən təsirləndiyindən və bu filmin yayılmasının əhəmiyyətindən danışıb.
Amerikada yaşayan dağ yəhudilərinin lideri Yakov Abramov, “Mənim Yolum” Uşaq və Gənclərin İnkişaf Mərkəzindən Alyona Bədəlova və Elina Xanukova, AZZEM təşkilatının rəhbəri Oleq Mövsümov, Bakı-Bruklin Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti Marietta Rozental, Özbəkistanın Əməkdar artisti, Özbək Mədəniyyət Mərkəzinin rəhbəri Gülşən Marşal, türk icmasından Tulin Çorakçı Anıl, amerikalı qonaq Şaron Conson və digər qonaqlar filmin əhəmiyyətindən danışıblar.
Sonda xatirə şəkilləri çəkilib və Bruklin bölgəsinin prezidenti Erik.L. Adamsın təşəkkürnaməsi oxunaraq filmin müəllifi Şəlalə Həsənovaya və tədbirin təşkilatçısı Azərbaycan Amerika Qadın Cəmiyyətinin rəhbəri Minəvvər Vahabovaya təqdim olunub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Türkiyənin Ərzurum Universitetində Azərbaycana aid möhtəşəm mərasim təşkil edilib
15.06.2019
VII Muğam Televiziya Müsabiqəsinin finalı başlayıb
15.06.2019
Şanxayda 22-ci beynəlxalq film festivalı başlayır
15.06.2019
Azərbaycan rəssamlarının əsərlərinin respublika satış sərgisi açılıb
14.06.2019
“Sonsuz Dəhliz“ filminin yaradıcı heyəti BAMF-in Ali Qarabağ Mükafatına layiq görulüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info