Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
Tarix: 20.11.2018 | Saat: 13:27:00 | E-mail | Çapa göndər


Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a səfər çərçivəsində Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının təsis yığıncağında da iştirak edib. Təsis yığıncağında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, BMT yanında daimi nümayəndə Yaşar Əliyev, 60 nəfər diaspor nümayəndəsi və rəhbəri iştirak edib. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov iştirakçıları salamlayaraq, xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğı göstərilməsinin Azərbaycan dövlətinin siyasətində prioritet olduğunu qeyd edib. Son dövrlər diaspor sahəsində görülən işlər barədə, soydaşlarımızın birgə fəaliyyəti haqqında razılaşmaların əldə edilməsi, Koordinasiya Şuraları və perspektivlər barədə məlumat verib. İştirakçılara Dövlət Komitəsinin fəaliyyətinə dair videoçarx nümayiş olunub. Nümayəndə heyətini salamlayan soydaşlarımız Amerikada da koordinasiyanın, soydaşlarımızın fəaliyyətinin yaxından əlaqələndirilməsinin zəruri olduğunu bildiriblər. Tədbirdə çıxış edənlər Amerikada yaşayan azərbaycanlıların problemlərini səsləndirib, Azərbaycan dili məktəblərinin çoxaldılması zəruriliyi qeyd edilib, Amerikada yaşayan istedadlı gənclərə diqqətin artırılması istiqamətində təkliflər səsləndirilib.
Tədbirdə Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib. Koordinasiya Şurasının tam şəkildə fəaliyyətə başlaması üçün müvafiq işçi qrupu yaradılıb.
Soydaşlarımızın fikir və təkliflərinin nəzərə alınacağını bildirən Komitə rəhbəri qarşıya qoyulan məsələlərin həll edilməsi üçün koordinasiyalı fəaliyyətin vacib olduğunu qeyd edib. Yalnız bir ölkədə, bir qitədə deyil, bütün dünyada soydaşlarımızın müəyyən bir şəbəkələşməsinin zəruri olduğunu bildirib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.12.2018
Müxalifətin təfəkkür tərzi niyə dəyişmir?
17.12.2018
Şinzo Abe: Yaponiya Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verir
17.12.2018
“Bu gün ordumuz istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir”
17.12.2018
“10 minə yaxın ailə dövlət tərəfindən bu pul təminatını alacaq”
17.12.2018
“Bu günə qədər 1279 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info