“Ermənistanın daimi olaraq alçaldılması ilə razılaşmalıyıq”
Tarix: 09.07.2013 | Saat: 23:08:00 | E-mail | Çapa göndər


Moldovalı ombudsman Aureliya Qriqoriunun Ermənistan parlamentində səsləndirdiyi fikirlər işğalçı ölkəni silkələməkdə davam edir. Eyni zamanda bu hadisə erməni deyilən nəsnənin əsl mahiyyətini, iç üzünü ortaya qoydu.
Başqa bir dövlətin insan hüquqları üzrə vəkilinə qarşı təzyiqlər etmək, onu hədələmək, ölkəni tərk etməsinə imkan verməmək ermənilərin beynəlxalq hüquqa, azad sözə, tolerantlığa münasibətini ortaya qoyur. Təsəvvür etmək olmur ki, xanım Aureliya hətta Rumıniya səfirliyinə məxsus diplomatik nömrə daşıyan avtomobildə belə, İrəvana hava limanına buraxılmayıb. Moldova xarici siyasət idarəsinin işə qarışmasından sonra xanım Aureliya İrəvanı tərk edərək Moskvaya, oradan da Kişinyova gedə bilib.
Ona qarşı bu qədər təzyiqin bir məqsədi olub - erməni diplomatlar Aureliyadan ictimai şəkildə üzr istəməyi tələb edib. Vəkilin təmsilçisinin də dediyi kimi, Aureliya heç kimdən üzr istəməyib. Bu fakt sübut edir ki, Ermənistanda demokratiyadan əsər-əlamət yoxdur. Bu dövlət insan hüquqlarına, beynəlxalq hüquq normalarına, imza atdığı beynəlxalq konvensiyalara riayət, hörmət etmir. Əslində bu həqiqət hamıdan çox bizə məlumdur. Çünki Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı icrası məcburi olan 4 qətnaməni hələ də icra etməyib. Bu dövlətin mahiyyətini açan daha bir faktı bu yaxınlarda Azərbaycan xüsusi xidmət orqanları aşkarlayıb. Belə ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında narkotika becərdiyi və tranziti ilə məşğul olduğu təkzibedilməz faktlarla sübut edildi. Belə bir dövlətdən beynəlxalq hüquq normalarına hörmət gözləməyə dəyməz. Elə bu səbəbdəndir ki, Ermənistan cəmiyyətinin üzdə olan simaları baş verən proseslərin təsirindən çıxa bilməyərək bir-birini ittiham etməklə məşğuldurlar. Erməni ekspert Qalust Qriqoryan bir qədər də uzağa gedərək, həm özününküləri, həm də moldovalıları ittiham edir: «Biz bunu bir dəfə yaşamışıq. Özü də yaxın zamanda. Son ana qədər Ramil Səfərovun ekstradisiya olunmayacağını bildirən Macarıstan onu Azərbaycana təhvil verdi. Eyni hal Moldova ombudsmanı Aureliya Qriqoriu ilə bağlı da təkrarlanır. Bizi yenə də həyasızcasına aldadırlar. Bizə təklif edirlər ki, heç nə olmamış kimi davranaq. Vaxt keçdikcə hər şeyi unudaq. Moldovanın xarici işlər naziri Natali Qerman isə bildirib ki, Aureliya Qriqoriunun bəyanatı Kişinyovla İrəvan arasındakı münasibətlərə təsir etməməlidir. O, Moldova ilə yanaşı, Ermənistanın da yerinə bəyanat verir. Çox sağ olun, cənab prezident və xarici işlər naziri! Macarların bizi alçaltması az idi, indi də qaraçılar bizə təpik atırlar. Natali Qerman da söz oyunu oynayır. Deyir ki, ombudsmanın səsləndirdiyi fikirlər ikitərəfli münasibətlərə xələl gətirməməlidir. Onun sözündən belə çıxır ki, risk həmişə var. Bizim situasiyanı analiz edib hansısa qərarı qəbul etməyimizdən sonra müəyyən addımlar atıla bilər. Sən demə, onlar hələ vəziyyəti analiz edəcəklər. Ən yaxşısı, siz gedin, Rusiyaya qaçan miqrantlarınızı düşünün, cənab moldovanlar! Rusiyadan söz düşmüşkən, mənə elə gəlir ki, bu məsələdə Kremlin də barmağı var. İyulun 11-də Kişinyovda Avropa Birliyinin «Şərq Tərəfdaşlğı» proqramı üzrə sammit keçiriləcək. Belə bir geosiyasi proses öncəsi Ermənistan-Moldova münasibətlərinin korlanması kimə lazımdır? Birinci növbədə Rusiyaya. Onlar qucaqlarından nə Ermənistanı, nə də Moldovanı buraxmaq istəmirlər. Bunu etməyin ən yaxşı yolu isə iki dövlət arasında mübahisə yaratmaqdır. Ombudsmanın nitqində Rusiya izi tapmaq olmur, burada əsas iz Azərbaycana aiddir. Amma bizim primitiv düşüncəli siyasilərimiz Rusiyanı bu məsələdən kənarda tuturlar. Aureliya Qriqoriunun özü açıqlamalar, müsahibələr verərək nəinki üzr istəyir, əksinə, mövqeyindən geri çəkilməyən bəyanatlar səsləndirir. Guya ki, İrəvanda ona təzyiq edilib, sürücü onu hava limanına aparmayıb, sosial şəbəkədə ona təhdidlər olub və s. Buradan belə bir nəticə çıxarırlar ki, baş verənlərə görə tədbiri qəbul edən ölkə kimi Ermənistan günahkardır. Moldovada heç kim onun səsini kəsmir, ona qarşı sanksiya tətbiq etmir. Orada «araşdırma aparılacaq» deyib vaxt öldürürlər. Nə üçün? Ona görə ki, sonradan yenə də bizim dövlətin rəhbərliyini ələ salmaq istəyirlər. Necə ki, Ramil Səfərov məsələsində bunu etdilər. Bizə isə Ermənistanın daimi olaraq alçaldılması ilə razılaşmaq qalır. Ən azı buna icazə verən qüvvələr hakimiyyət olana kimi».
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info